"Turin kəfəni"nin saxta olduğuna dair dəlil tapıldı

"Turin kəfəni"nin saxta olduğuna dair dəlil tapıldı
1 sentyabr 2025
# 11:51

Yeni tapılan sənəd "Turin kəfəni"nin İsa Məsihin qəbir örtüyü olmadığına dair ən qədim və inandırıcı sübutları ortaya qoyur.

Kulis.az xəbər verir ki, bu sənəd 14-cü əsrə aid olub, uzun müddət müqəddəs sayılan kəfənin saxta olduğunu göstərən ən erkən yazılı dəlildir.

Daha əvvəl bu mövzuda ən qədim açıqlama 1389-cu ildə Troyes piskoposu Pierre d’Arcis tərəfindən verilmişdi.

Yeni sənəddə isə məşhur Fransız ilahiyyatçı Nikola Oresmenin 12-ci əsrin ortalarında “din adamları”nın camaatı aldatmaq üçün belə uydurmalar etdiyini vurğuladığı qeyd olunur.

Oresme yazırdı ki, kilsələr ianə yığmaq üçün saxta möcüzələr göstərir və İsa Məsihin kəfəni ilə bağlı hekayələr bir çox yerdə təkrarlanır.

Bu araşdırmanın əsas müəllifi, Belçika Katolik Universitetinin tarixçisi Dr. Nikola Sarzo bildirib ki, Oresme fenomenlərə dini deyil, rasional yanaşma gətirərək, bu mövzuda yeni və əhatəli sübutlar təqdim edir.

"Turin kəfəni"nin həqiqiliyi uzun illərdir həm inananlar, həm də skeptiklər arasında müzakirə mövzusudur.

Qeyd edək ki, yeni sənəd bu müzakirələrə mühüm dəlil əlavə edir və kəfənin saxta olduğunu göstərən ən qədim etirazlardan birini ortaya qoyur.

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər