"Turan yolu-Zəngəzurum" əsərinin təqdimatı oldu

"Turan yolu-Zəngəzurum" əsərinin təqdimatı oldu
3 may 2024
# 17:45

Mayın 3-də Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların ərsəyə gətirdiyi "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbirdə "Turan yolu-Zəngəzurum" əsəri ilə yanaşı, Qərbi azərbaycanlılara məxsus tarixi ərazilərdə formalaşmış mədəni irsin öyrənilməsi və təbliğini hədəfləyən Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın əsərlər də nümayiş olunub.

Sərdarlıların bu əsərləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selcuk Karakılıç, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev və Türkiyə Böyük Millət Məclisinin deputatı Doğan Bekin sərginin əhəmiyyətindən danışıblar. Onlar Sərdarlılar ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini qeyd ediblər.

Həmçinin çıxışlarda ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdimatının milli, etnik kimliyimizin tanıdılması yolunda əhəmiyyəti də vurğulanıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Tətbiqi sənət nümunələrinin qorunmasına və təbliğinə yardım” İctimai Birliyinin beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı bildirib ki, tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etmək, vaxtilə xüsusi vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.

Sonra qonaqlar Sərdarlıların bir-birindən maraqlı əsərləri ilə tanış olublar.

Qərbi azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər milli koloriti və orijinallığı ilə göz oxşayıb.

Hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

# 2484 dəfə oxunub

Oxşar xəbərlər

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
“PUBG” serialı çəkilir:  Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

“PUBG” serialı çəkilir: Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

12:00 2 noyabr 2026
100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

11:40 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər