“TikTok” Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı

“TikTok”  Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən  layihəsinə başladı
24 fevral 2024
# 12:30

“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı

Kulis.az xəbər verir ki, “TikTok” videoməzmun sosial media platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə "#TikTokdanÖyrən" təşəbbüsünü təqdim edir.

"#TikTokdanÖyrən" layihəsi fevralın 21-dən aprelin 21-dək davam edəcək.

Layihə çərçivəsində layihəyə qoşulan hər bir mədəniyyət müəssisəsi "#TikTokDanÖyrən" həştəqindən istifadə edərək ən azı bir maarifləndirici video öz hesablarında yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin "TikTok" hesabında elan olunacaq.

Məqsəd Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər bir bölgəsindən olan istifadəçilərə rahat və maraqlı qısa video formatında bilikləri bölüşmək, həmçinin yeni məlumatlar öyrətmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib və layihədə Azərbaycanın aparıcı mədəniyyət müəssisələrinin, o cümlədən muzeylər və teatrların iştirakı nəzərdə tutulub.

Layihəyə qoşulan Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir, həmçinin Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gətirilməsi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.

# 2506 dəfə oxunub

Oxşar xəbərlər

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı

10:40 11 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:20 11 noyabr 2026
Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər