Təvəkkül Boysunar: "Heç bir kitab telefon ekranı ilə yarışa bilməz"

Təvəkkül Boysunar:  "Heç bir kitab telefon ekranı ilə yarışa bilməz"
13 noyabr 2023
# 18:40

"Belə sərgilər yaxşıdır, gözəldir, amma son çırpınışlardır. Çünki kitab erası bitmək üzrədir".

Bu sözləri Bakı Beynəlxalq Kitab Sərgisində Kulis-ə açıqlamasında yazıçı Təvəkkül Boysunar deyib.

Onun sözlərinə görə, bu gün heç bir kitab telefon ekranı ilə yarışa bilməz:

"Kitabın dirçəlişinə bəslənən ümid, Prustun bənzətməsi ilə desək, ölümcül xəstə olan 90 yaşlı qocanın bu gün bir gün əvvəlkinə nisbətən iki tikə artıq yemək yeyib deyə sağalacağına bəslənən ümidlə təqribən, eyni səviyyədədir. Sərgiyə xeyli adam gəlmişdi, izdiham var idi, amma o izdiham arasında, həqiqətən, kitab oxuyanların sayı heç iki faiz deyildi. İndi nəinki adi insanlar, hətta ziyalılar, intellektuallar, yazıçılar da demək olar ki, kitab oxumur.

Kitab oxumaq asan deyil, fiziki əmək kimidir. Əlindəki telefonla istədiyi vaxt istədiyi sosial şəbəkəyə rahatca girməyi bacaran və əyləncə ehtiyacını bu cür keyfiyyətsiz vasitələrlə ödəyən bir insan isə o əməyin qarşılığında hiss edilən möhtəşəm daddan xəbərsizdir. Nə vaxtsa bu dadı hiss edənlərin "reels"-dən kitaba qayıtmağı üçün isə iradə və disiplin lazımdır.

Amma istənilən halda bu cür tədbirlər lazımdır. Ən azından, kitabın xatirəsinə hörmət əlaməti olaraq".

# 3187 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər