Tanınmış müğənniyə görə yoldaşından boşandı, evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələdi

Emin Sabitoğlu, Xalq artisti, bəstəkar

Emin Sabitoğlu, Xalq artisti, bəstəkar

2 noyabr 2021
# 12:02

Bu gün Xalq artisti, bəstəkar Emin Sabitoğlunun anım günüdür. Kulis.az bu münasibətlə sənətkar haqda 10 maraqlı faktı təqdim edir.

Emin Sabitoğlu Bakıda, yazıçı Sabit Rəhmanın ailəsində dünyaya göz açıb. Orta təhsilini musiqi məktəbində bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə qəbul olunub. İki ildən sonra isə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y. Şaporinin sinfini uğurla bitirib.


Xalq artisti Emin Sabitoğlu

Emin Sabitoğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Cəmilə xanımla Bülbül adına məktəbdə sinif yoldaşı olublar. Dostluqları tezliklə sevgiyə çevrilib. Cütlük məktəbi bitirəndən sonra konservatoriyaya daxil olurlar və 1962-ci ildə evlənirlər. Bu evlilikdən bir qızları olub. Adını Ceyran qoyublar. Bəstəkar qızını öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti və həyata baxışı ilə tərbiyə edib.

***

İkinci həyat yoldaşı o dövrün tanınmış müğənnisi Xədicə Abbasova olub. Elə Cəmilə xanımdan ayrılmağına səbəb də Xədicə xanım olub. Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da qızı ilə heç vaxt əlaqəni kəsməyib.


Emin Sabitoğlu və Xədicə İsmayılova

Xədicə Abbasova ilə evlənəndə bəstəkarın 50, xanımın 30 yaşı vardı. Aralarında 20 yaş fərq olur. 1990-cı ildə Emin Sabitoğlu Xədicə xanımla birgə Türkiyəyə köçüb orada yaşamağa başlayır. Bu evlilikdən onların iki oğlan uşaqları dünyaya gəlir, ancaq hər ikisi körpə vaxtı vəfat edirlər.

***

Xədicə xanım Eminlə tanışlığını belə xatırlayır: “Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. Emin məni görəndə, Rəşid müəllimə dedi, budu sənin ifaçın?! Bu, nədi, qara-mara bir qızdı. Bundan müğənni olar?” Aradan vaxt keçir Xədicə xanım sənətdə özünü göstərir və tanınır. Tədbirlərin birində görüşürlər. Emin Sabitoğlu ona vurulur.


Emin Sabitoğlu, Flora Kərimova

Bəstəkar Xədicə xanımı sevəndən sonra teatra içkili gəlirmiş. Tez-tez sevdiyi qadının pəncərəsinin altındakı skamyada oturub gözləyirmiş. Bir gün Xədicə xanımın anası onun bu hərəkətindən təngə gəlir və bəstəkara deyir: “Qızım haqqında müxtəlif fikirlər yaranacaq, ailəli adamsınız, evinizə gedin”. Emin söz altında qalmır və dilə gəlir: “Xədicə kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən çıxmazdım”.

***

Bəstəkar solaxay idi. Ancaq əsərlərini həm sağ, həm sol əllə yaza bilirdi. Siqaret qutularının üzərində, vərəqlərin kənarında melodiyalar yazır, əsərlərini piano olmayanda da yazırdı. Bədahətən, çox tez yazırdı musiqilərini. Əsərlərinin üzərində çox da işləmirdi.


Soldan Nəsibə Zeynalova, Emin Sabitoğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan

O, ömrünün son illərini Türkiyədə keçirmişdi və həmişə Bakının həsrətini çəkirdi. Qaldığı mənzilin birini Bakıya aid əşyalarla bəzəmiş, saatı da Bakı vaxtına qoymuşdu.

***

Emin Sabitoğlu indiyə kimi 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Bəstəkarın tamaşalara yazdığı o qədər çox musiqisi var ki, özü də sayını dəqiq deyə bilmirdi. Emin Sabitoğlunun qəribə xasiyyətləri vardı. Misal üçün, jurnalistlərə heç vaxt telefon nömrəsini düzgün vermirdi.


Xalq artisti Şövkət Ələkbərova, Emin Sabitoğlu

Emin Sabitoğlu qan təzyiqindən əziyyət çəkirdi. Bəstəkar 18 noyabr 2000-ci ildə Bakı şəhərində trombun ürəyinə tıxanması səbəbindən vəfat edib.

# 20058 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər