"Tanı, Oxu, Tanıt" layihəsindən növbəti görüş Sumqayıtda baş tutdu

"Tanı, Oxu, Tanıt"  layihəsindən növbəti görüş Sumqayıtda baş tutdu
31 may 2024
# 17:00


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində keçirilib.

Kulis,az xəbər verir ki, tədbirin aparıcısı Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbiri giriş sözü ilə açaraq ədəbiyyat könüllülüyünün önəmindən bəhs edib.

Ardınca DGTYB başqanı, şair, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsinin rəhbəri İntiqam Yaşar tədbir iştirakçılarına layihə və “Ədəbiyyat könüllülüyü”, “Ədəbi toplu-2024” kitabları barədə məlumat verib.

Daha sonra Azərbaycan Ədəbiyyat Fondurun direktoru, yazıçı Varis Yolçuyev, DGTYB İdarə Heyətinin üzvü, şair Yusif Nazim, DGTYB İH üzvü, şair Elvin İntiqamoğlu, DGTYB İH üzvü, şair Şükür Əli, şair Şəhriyar Seyidoğlu, DGTYB başqan müavini, şair-publisist Ayşən Rəhim və DGTYB İH üzvü şair Cəmil Cəmilbəyli, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhəhtçisi Bayram Cəfərliyə və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məslhətçisi Həsən Həsənliyə, yazıçı Almaz Bəyazidə, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazədəyə söz verilib. Onlar DGTYB-nin sözügedən layihələri barədə söz açıb, Layihənin cəmiyyət üçün önəmindən bəhs ediblər. Tədbirdə iştirak edən yazarlar “Ədəbi toplu – 2024” adlı kitabda yer alan şeirlərini səsləndiriblər.

Tədbirin sonunda iştirakçılara təşkilat tərəfindən nəşr olunan kitablar hədiyyə edilib, diplomlar verilib, xatirə şəkli ilə tədbirə yekun vurulub.

Qeyd edək ki, “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində çap olunmuş kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB başqan müavini Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır.

# 1730 dəfə oxunub

Oxşar xəbərlər

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər