Ssenari müsabiqəsi elan olundu – Şərtlər

Ssenari müsabiqəsi elan olundu – Şərtlər
18 may 2022
# 16:20

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.

İttifaqın mətbuat xidmətinin yaydığı məlumata görə, müsabiqənin keçirilməsində məqsəd təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və süverenliyi uğrunda qəhrəmanlıq mübarizəsinə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılmasına, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın simvolunu qoruyan və yaşadan fədakar Azərbaycan gənclərinin fəaliyyətini bütün əlvanlığı, obyektivliyi və romantik zənginliyi ilə əks etdirməkdir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- 18-30 yaşadək bütün gənclər müsabiqəyə ssenari təqdim edə bilər.

- Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

- Şrift Courier New, ölçü 12 tələb olunur.

- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

- Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.

- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.

- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər mayın 19-dan iyulun 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.

Müsabiqədə birinci yerin sahibinə 2500, ikinci yerə layiq görülən ssenari müəllifinə 1800, üçüncü yerin müəllifinə isə 1000 manat pul mükafatı veriləcək. Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

# 2869 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər