Seyran Səxavət yaradıcılığı Türkiyədə elmi iş mövzusu olub

Seyran Səxavət yaradıcılığı Türkiyədə elmi iş mövzusu olub
27 fevral 2025
# 09:19

Türkiyənin Egey Universiteti Sosial Elmlər İnstitutunun Türk dünyası ədəbiyyatları kafedrasının magistrı olmuş Sayad Həsənlinin hazırladığı dissertasiya Seyran Səxavətin sosial-psixoloji romanlarına həsr edilib.

Kulis.az xəbər verir ki, "Seyran Səxavətin həyatı, yaradıcılığı və sosial-psixoloji romanları" ("Seyran Sahavet'in Hayatı, Sanatı ve Sosyo-Psikolojik Romanları") başlıqlı elmi iş "Ön söz", "Xülasə", "Giriş", üç fəsil, "Nəticə" və tövsiyələrdən ibarətdir.

"Seyran Səxavətin həyatı, ədəbi şəxsiyyəti və əsərləri" adlı birinci fəsildə müəllifin həyatı, ədəbi kimliyi və fəaliyyəti analiz edilib. "Seyran Səxavətin romanları" adlı ikinci fəsildə isə yazıçının sosial-psixoloji romanları - "Daş evlər", "Nekroloq" və "Yəhudi əlifbası" romanlarının geniş təhlili, eləcə də romanların müqayisəli təhlili verilib.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının önəmli imzalarından olan və özünəməxsus üslubu ilə seçilən Seyran Səxavətin "Daş evlər", "Nekroloq" və "Yəhudi əlifbası" romanlarının tədqiq edildiyi bu dissertasiya ədibin əsərləri ilə bağlı ən geniş və hərtərəfli araşdırmalardan biri olmaqla yanaşı, onun romanlarının sosial-psixoloji aspektdən incələndiyi ilk tədqiqatdır. Dissertasiya Türkiyənin Milli Dissertasiya Mərkəzində ("Ulusal Tez Merkezi") yayımlanıb.

# 1169 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər