Sevda Sultanova: "Bizi niyə süründürürsünüz?"

Sevda Sultanova: "Bizi niyə süründürürsünüz?"
18 dekabr 2023
# 13:21

"Kino sistemini dağıdanlardan biri, ərizə yazıb aradan çıxmaqla canını qurtarmış sayan Rüfət Həsənov, kino məmuru olduğu dönəmdə, ölkədə yeganə akademik analitik kinojurnalı olan “Fokus”un nəşrinə çərlədə-çərlədə maliyyə ayırmışdı. Və bu ilin iyulunda Mədəniyyət Nazirliyinə “Fokus”un davamlı nəşri məqsədilə müqavilənin uzadılması haqda müraciət edilib. İlin axırıdır, amma nazirliyin müvafiq şöbələrindən səs səmir yoxdur".

Kulis.az xəbər verir ki, bu sözlər kinoşünas Sevda Sultanovaya aiddir.
Onun sözlərinə görə, müraciətdən ARKA, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi, Media və kommunikasiya şöbəsi də məlumatlıdır, ancaq indiyədək tərəfindən heç bir praktik addım atılmayıb:

"Milli kinomuz haqda bilgisiz və ya bilgiləri çox məhdud olan bu şöbələrin məmurlarına bəzi məlumatlar verim. Ölkədə kino ilə bağlı bir neçə peşəkar platforma var: onlardan biri "Cinema Radio" Kino Radio Kanalıdırsa, digəri 2008-ci ildən fasiələlərə yayımlnan “Fokus”dur.

“Fokus” regionda yeganə analitik çap dərgisidir; müasir Azərbaycan və dünya kinosu ilə bağlı analizlər, araşdırmalar, nəzəri məqalələr, konseptual müsahibələr, milli kinoda gedən proseslərə təhlili mövqelər və s. “Fokus”un əsas istiqamətləridir. Peşəkar auditoriya üçün nəzərdə tutulan “Fokus” gələcək nəsil araşdırmaçılar və kinematoqrafçılar üçün geniş mənada məlumat, bilgi mənbəyidir, istinaddır (həmçinin, AKİ-in informativ, rüblük “Rakurs” dərgisi). Normalda ARKA kino ilə bağlı tənqidi-təhlili, araşdırma mətnlərin davamlı nəşrində özü birbaşa maraqlı olmalı, əməkdaşlıq etməlidir. Amma bir məmurun bu zərurəti dərk etməsindən ötrü öz işində PEŞƏKAR olması vacibdir. Xatırladım ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda əsas bəndlərdən biri bu idi: “Kinematoqrafiyanın mühüm sahəsi olan kino tənqidinin inkişaf etdirilməsi”.

Dəfələrlə yazdığımız kimi proqram təəssüf ki, naziriyin öncəki rəhbərliyi tərəfindən yerinə yetirilmədi.

“Fokus” yarandan onun daimi müəlliflərindən biriyəm. Öz adımdan deyim ki, “Fokus”un son nömrələrində yayımlanan məqalə və araşdırma yazılarma görə qonorardan imtina etmişəm. Nəşr xərcləri çox olduğu və kənar müəlliflərə qonorarın verilməsini təmin edilməsi üçün. Ən əsası “Fokus” kimi əhəmiyyətli bir dərginin çapı üçün. Həmçinin, “Fokus”un digər daimi müəllifləri elə də böyük olmayan qonorar müqabilində peşəkar səviyyədə məqalələr yazırlar.

Biz illərdir kino naminə, öz məhdud imkanlarımızla nəsə etmək istəyirik. Amma bu işə məsul məmurlar bürokratik əngəllər yaradırlar.

Axı, bir kino jurnalının çapına kiçik maliyyənin ayrılması nə böyük, nə qlobal problemdir ki, onu etmək istəmirsiz? Niyə süründürürsüz? Məqsədiniz nədir? Sizinlə necə davranmalıyıq? Biz niyə siz kiçik, orta məmurların görməli olduğunuz kiçik bir işi görmədiyinizə görə nazirə şikayət etməliyik?!

Bu il ortaya kino məhsulu çıxarmadınız. Barı, imkan verin “Fokus”u çıxarıb, kinoya fokuslanaq".

# 1195 dəfə oxunub

Oxşar xəbərlər

İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
# # #