Şərif Ağayar: "Ayağım cırıq ayaqqabıda islanmasın deyə..." - Gənclik haqqında

Şərif Ağayar:  "Ayağım cırıq ayaqqabıda islanmasın deyə..." - Gənclik haqqında
2 fevral 2024
# 15:00

Kulis.az 2 fevral – “Gənclər günü” münasibəti ilə Şərif Ağayarın “Gənclik”adlı yazısını təqdim edir.

Gənclik...

Bu sözü deyəndə kədərlənməyən bir yaşlı görmədim.

Və nə gəncliyimdə, nə də indi cavanlıq deyəndə kədərlənən heç kimi qınamadım.

Bəlkə də, o vaxtacan oxuduğum, hətta əzbər bildiyim şeirlər məni tərbiyə eləmişdi.

Arif insanlar belə gənclik xiffəti çəkəndə təmkini unudublar.

Nizami Gəncəvi kimi böyük ədib də qocalıqdan şikayətlənib, gəncliyin xiffətini edib.

Amma bir tip adam var ki, onlara gənclik mövzusunda qıcıq oluram.

Onlar “Gəncliyimiz pis vaxta düşdü” – deyənlərdir.

Məncə, gəncliyi işıqla xatırlamalısan.

Bu gün “Gənclər günü”dür və sizi əmin edirəm, mən nə qədər “pis dövrə” düşsə də, gəncliyimi işıqla xatırlayıram.

Bir dəfə dostlara danışdım, xeyli kövrəldilər. Ayağım cırıq ayaqqabıda islanmasın deyə, sellofan sarıyıb yeridiyim yolları indi öz şəxsi maşınımda gedirəm və o sellofanlı günlər qədər xoşbəxt deyiləm.

Halbuki, o vaxt yanımdan “dızz” eləyib keçən, məni toza bələyən, üstümə palçıq sıçradan maşınların içindəkilərə, az qala, tanrı kimi baxırdım.

Gənclik ömrün qövsü-qüzehlərində oynaşan al-əlvan rənglərdir.

Gənclik tuti dillərlə ötən nəğmədir.

Gənclik...

Nə yazasan ki, dolğunluğu ilə ifadə etsin.

Yoxdur o söz.

Gəncliyi gənclik qədər ucadan, hündürdən, əlçatmazlıqdan ifadə edən ikinci bir ifadə tapa bilməzsən.

Yüz bədii təsvir işlədə bilərəm.

Qızqaytaran baxışlar, dayı dedirtməyən tellər deyərəm.

Demirəm, amma!

Sadəcə, Gənclik deyirəm.

Pilləkənləri quş kimi qalxmaq deyirəm.

Sevgi, ehtiras, güc, yaraşıq, gözəllik deyirəm.

İşıqlı göz, iti zəka, bitib-tükənməz enerji deyirəm.

İçində uçuşan al-əlvan kəpənəklər deyirəm.

Başqa da heç nə demirəm!

Gənclik günün mübarək, gənc olan və gənc olmuş adam!

Gəncliyin nə olduğunu anlamış, ondan faydalanmağı bacarmış və bacarmaqda olan adam.

Gəncliyi ona layiq işıqla, acısını şirinliklə xatırlayan adam.

Gəncliyin nə vaxtsa xatirəyə çevriləcəyinin fərqinə varmadan doya-doya yaşayan adam.

Qoy axırda sənə bir söz də deyim: ömür dediyin gəncliyin yan-yörəsidir!

Uşaqlıq əvvəli, qocalıq sonrası.

Başqa nə olası idi ki?!

# 3474 dəfə oxunub

Oxşar xəbərlər

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

10:00 17 noyabr 2026
“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

09:57 17 noyabr 2026
Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər