"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi
18 aprel 2024
# 11:52

Kulis.az Həmid Herisçinin "Sağ əlimiz Ukraynanın başına!" adlı yazısını təqdim edir.

Fransa öz səfirini, Rusiya öz sülhməramlılarını eyni zamanda Azərbaycandan çıxardı. Hər iki hadisə bir-birinin dabanlarını bastalasa da, səbəbləri fərqlidir.

Səbəb aydındır - ölkəmizin müstəqilliyi!

Fransa dözmədi bu müqstəqilliyimizə. Səfirini geri çağırdı. Rusiya tam tərsinə. Məqamı göydəcə tutdu. Fransa demarşı qarşısında özünü bizlərə sevdirdi. Bu Bakı ilə Moskvanın həm də ortaq təbliğat gedişi idi. Bu at gedişi ilə Fransa demarşının səs-küyü eşidilməz oldu. Neytrallaşdırıldı.

Azərbaycan rus ordusunu son 30 ildə ikinci dəfə öz vətəninə yollayır. "Slavyan qadının vidalaşması" valsını, romansını vağzallarda səsləndirmədən edir bunu.

Ukraynanın, Volodimir Zelenskinin bacarmadığını Azərbaycan Prezidenti bacardı.

Biz ikinci dəfə qansız bir əməliyyat keçirdik. Siftəni, ilk sınağı ötən ilin sentyabrında etdik - separatçıları qansız çıxardıq coğrafiyamızdan.

İkinci qansız əməliyyat isə bax bu idi - Rusiya sülhməramlıları öz adlarını nədənsə bu dəfə tam... tam doğrultdular. Sözün həm hərfi, həm real mənasında.

Adəti üzrə Rusiya XİN sözçüsü Mariya Zaxarovaya etibar etmədilər. İsti-isti, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun diliylə səsləndirdilər bu şad, qulaq cingildədən xəbəri. Yəni birinci əldən, birinci "dil"dən yaydılar bu qələbə xəbərimizi.

8 noyabrdan sonra bu, xalq iradəmizin, Prezidentimizin ikinci misilsiz qələbəsi idi.

Prezident İlham Əliyevin, Putinin bu qansız manevri uzaq hədəflidir.

Bu, Rusiyanın digər separatist bölgələrindən - Qarabağdan sonra Abxaziyadan, Dnestryanı bölgədən, Cənubi Osetiyadan çıxacağı anonsudur həm də.

Rusiya, Azərbaycan bu sülh prosesinin birgə memarıdırlar. Sülh mesajını, göyərçinini birgə uçurdurlar Ukraynaya doğru.

Prosesə Kosova mövzusu da qatıla bilər.

Vaxtilə "Naqornı Karabax", "Abxaziya", "Transnistriya", "Osetiya" sözlərinin baş həriflərini birləşdirən separatçılar qondarma "İkinci NATO" yaratmışdılar MDB ərazisində. İndi bu hərflərin birincisi - "Naqornıy Karabax"ı canlandıran "N" hərfi rəhmətə getdi. O biri hərflər də növbə ilə reallığını, yaxud öz xəyali ömrünü yarımçıq, yaxud tam vaxtında bitirəcəklər. Xəyali "İkinci NATO" öləcək. Real "Birinci NATO" danışıqlar masası arxasında əyləşəcək.

Danışıqlar masası da elə Bakıda qurula bilər.

Dünya Sülh prosesi Azərbaycandan, Qarabağdan, İlham Əliyevin 17 aprel imzasından başlayır.

Hamını təbrik edirəm!

Qələbə yenə də bizimdir!

Fransa öz səfiri Ann Buayonu geri çağırdı, Rusiya öz sülhməramlılarını.

Müharibəni kim seçdi, sülhü kim seçdi?

İndi qədim hinduların sülh qəlyanını tüstülətmək vaxtıdır.

O qəlyan indi hindularda yox... elə Bakıdadır.

P.S. Bütün bu sülh prosesi Ukraynada da təkrarlana bilərmi? Bəlkə də...

# 4536 dəfə oxunub

Oxşar xəbərlər

Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
Məşhur model Hellouində qeyri-adi geyimi ilə gündəmə gəldi

Məşhur model Hellouində qeyri-adi geyimi ilə gündəmə gəldi

16:30 2 noyabr 2026
Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

16:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər