Rusiya kanallarında bizə niyə "qarpızsatan" deyirlər? - Yalçın İslamzadə

Rusiya kanallarında bizə niyə "qarpızsatan"  deyirlər? - Yalçın İslamzadə
1 mart 2025
# 14:25

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Bu yaxınlarda bir alim vəfat etdi - Həsən Feyziyev.

Su arıtma sistemləri sahəsində işləyəndə bir kitab almışdım, müəllifi azərbaycanlı idi və Moskvada "Enerqoatomizdat" nəşriyyatında nəşr olunmuşdu.

Maraqlı gəldiyi üçün həmişə bilik və təcrübələrindən faydalandığımız Asif müəllimə tanıyıb-tanımadığını soruşdum, "Tanıyıram, politexnikdə müəllimimiz və elmi rəhbərim olub" dedi.

Həsən müəllimlə əlaqədar maraqlı hadisə danışdı.

Ural tərəflərdə strateji əhəmiyyəti olan bir zavodun su arıtma sistemində problem və zavodun işində fasilə yaranır. Rusiya miqyasında tanıyıb-bildikləri hamıya müraciət edirlər, həll edə bilməyəndə Həsən müəllimlə əlaqə saxlayıb onun baxmasını xahiş edirlər. Həsən müəllim aralarında Asif müəllim də olmaqla iki aspiratını götürüb zavoda gedir və problemi həll edir.

Zavodun direktoru onları günorta yeməyinə evinə dəvət edir və pəncərədən küçəni göstərir, "Küçədə qarpız satanlar sizin yerlilərinizdir. Mən indiyə qədər azərbaycanlıları ancaq qarpızsatan təsəvvür edirdim. İndidən sonra bizim həll edə bilmədiyimiz problemi həll edən insanlar kimi təsəvvür edəcəm".

Zavod direktoru azərbaycanlıları "qarpızsatan" kimi təsəvvür etməkdə səhv edirdi, çünki kafi sayda nümunədən istifadə etmədən ümumiləşdirmə aparmışdı. Bir insan qarpız da sata bilər, mürəkkəb mühəndislik problemini də həll edə bilər. Aldığı və ya ala bilmədiyi təhsildən və dəstəkləyici, yaxud dəstək verməyən mühitdə böyüməsindən asılı olaraq.

Rusiya kanallarında ünvanımıza "qarpızsatan" deyəndə buna görə qəzəblənirik, biz ellikcə qarpızsatan deyilik, yazarlarımız, bəstəkarlarımız, elm və sənət adamlarımız var.

Filin xortumundan tutub, "fil borudur" deyənlərin etdiyi səhvdir.

Yaxud, övladının alınmayan evliliyindən sonra, ümumi şəkildə övladının evləndiyi şəxsin doğulduğu şəhəri ittiham edən valideyinin səhvi kimi.

Qadın-kişi, ağdərili-qaradərili, inanclı-inancsız kimi müqayisələr aparıb azsayda şəxsi nümunəyə görə ümumiləşdirmə aparmaq həmişə səhvdir.

Sosial tədqiqlarda əsaslandırmağa çalışırlar ki, seçdikləri nümunələr tipikdir və ümumiləşdirmə aparmağa kafidir.

Ümumiyyətlə isə, bir qrupun üzvləri arasındakı bilik, bacarıq və IQ fərqləri, iki fərqli qrupun ortalaması arasındakı fərqdən böyükdür.

# 5022 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər