Əməkdar artist Rəşidə Behbudova atası, görkəmli müğənni Rəşid Behbudov haqqında diqqətçəkən paylaşım edib.
Kulis.az xəbər verir ki, o, paylaşımında atasının Qarabağ məsələsi ilə bağlı mövqeyindən, Moskvada üzləşdiyi iddia edilən ağır işgəncələrdən və ailəsinin yaşadığı çətin anlardan bəhs edib.
Rəşidə Behbudova əfsanəvi sənətkarın Azərbaycan musiqisindəki əvəzsiz rolunu da vurğulayıb.
O, atasını ölkəmizin səsi kimi xarakterizə edərək, bu gün Azərbaycanın qazandığı qələbənin onun ruhunu şad etdiyini bildirib.
Sənətkar paylaşımını atasının xatirəsinə ehtiram ifadə edən sözlərlə tamamlayıb.