Rəşad Məcid: "Anar, bəlkə də, bu qurultayların hamısında iştirak edən yeganə adamlardandır"

Rəşad Məcid:  "Anar, bəlkə də, bu qurultayların hamısında iştirak edən yeganə adamlardandır"
7 noyabr 2023
# 16:15

Xəbər verdiyimiz kimi, Ankara Milli Kitabxanasında 5-ci Türk Dünyası Yazarlar Qurultayı keçirilir.

Qurultayda iştirak edən Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcid tədbirlə bağlı Kulis.az-a danışıb.

“Çox əhəmiyyətli, vacib qurultaydır. Təxminən, iyirmi ölkədən yüz yazar iştirak edir. Ötən əsrin doxsanıncı illərində, Sovetlər Birliyi dağılandan sonra dörd qurultay keçirilmişdi. .

AYB-nin sədri Anar müəllim, bəlkə də, bu qurultayların hamısında iştirak edən yeganə adamlardandır.

Bu qurultay 1996-cı ildə Bakıda da keçirilib. Ümummilli lider Heydər Əliyev də orada iştirak edib.
Artıq türk dövlətləri təşkilatı yaradılıb. Türk xalqlarının inteqrasiyası yolunda böyük işlər görülür.

Bu baxımdan qurultayda türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması, daha da yaxınlaşmamız üçün bundan sonra atacağımız addımlar müzakirə olundu. Düşünürəm ki, qurultayın nəticəsini görəcəyik. Bundan sonrakı illərdə müxtəlif türk dövlətlərində keçiriləcək qurultaya uğurlar arzulayıram."

Qeyd edək ki, qurultayda 20 ölkədən 100-ə yaxın elm xadimi, şair və yazıçı iştirak edib.

# 2566 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər