“Regiona böyük töhfə - Hophopnamə” Kitab Mərkəzinin təqdimatı keçirildi

“Regiona böyük töhfə - Hophopnamə” Kitab Mərkəzinin təqdimatı keçirildi
7 oktyabr 2024
# 12:19

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin müvafiq tövsiyə və tapşırıqlarına əsasən dövlət-özəl sektor əməkdaşlığının nəticəsində regionda yaradılan ilk çoxfunksiyalı “Hophopnamə” Kitab Mərkəzi X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Kulis.az xəbər verir ki, Sərgi çərçivəsində Mərkəzin “Regionlarda ədəbi mənzərə, Regiona böyük töhfə - Hophopnamə” Kitab Mərkəzi adlı təqdimat mərasimi keçirilib.

Tədbir, ölkənin mədəniyyət ictimaiyyəti, yazıçı və şairlər, eləcə də, kitabsevərlərin geniş iştirakı ilə təşkil olunub.

Tədbirin açılışında moderator, gənc şair-publisist Nadir Yalçın qonaqları salamlayaraq, tədbirin mahiyyəti haqqında söhbət açıb.

Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ağalar Ağammədovun təqdimatında kitab mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Mərkəzin məqsədinin Azərbaycanda ədəbiyyatın inkişafını təşviq etmək, oxucuları keyfiyyətli elmi və bədii əsərlərlə təmin etmək və mədəniyyətimizin zəngin irsini qoruyub yaymaq, mütaliə mədəniyyətini inkişaf etdirmək olduğu vurğulanıb.

Tədbirin davamında şair, esseist Fərid Hüseyn, şair-publisist Şəhriyar del Gerani, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, şair, Prezident təqaüdçüsü İbrahim İlyaslı kitab mərkəzinin açılmasının Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı üçün mühüm addım olduğunu bildiriblər. Eyni zamanda, belə bir mərkəzin yaradılmasının Azərbaycanda mədəniyyətə, maarifçiliyə və kitaba olan marağın artırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndiriblər.

Tədbir, həmçinin, müzakirə platformasında Azərbaycan ədəbiyyatının inkişaf perspektivləri ilə bağlı maraqlı dialoqların yaranmasına şərait yaradıb.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, tədbirin təşkilində göstərdikləri dəstəyə görə Sərginin təşkilatçılarına, dəvəti qəbul edib gəldikləri üçün iştirakçılara təşəkkür edib.

Böyük maraqla gözlənilən təqdimat mərasimi uğurla başa çatıb.

Faiq Xudanlı qonaqlara və bütün iştirakçılara, eyni zamanda, “Hophopnamə” Kitab Mərkəzinin sərgidə iştirakına dəstək olduğuna görə “İlğım” ədviyyatlarına təşəkkürünü bildirib.

# 2519 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər