Rasim Balayev: "Sədrliyə mən və Şəfiqə Məmmədovadan başqa namizəd də ola bilər"

Rasim Balayev:  "Sədrliyə mən və Şəfiqə Məmmədovadan başqa namizəd də ola bilər"
28 fevral 2024
# 14:17

Martın 5-də Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutacaq. Konfransın gündəliyində duran məsələlərə ittifaqların rəsmi birləşməsi, sədrinin və idarə heyətinin seçilməsi daxildir.

Kulis.az xəbər verir ki, APA konfransa bir neçə gün qalmış namizədliyini rəsmi şəkildə irəli sürən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevin konfrans barədə fikirlərini soruşub.

Aktyorun sözlərinə görə, yeni yaradılan ittifaqa kimin seçiləcəyini yalnız səsvermədə iştirak edən üzvlər təyin edəcək.

“Ona görə də bu barədə nəsə ehtimal irəli sürməyin tərəfdarı deyiləm”.

Xalq artisti konfrans günü sədrliyə başqa namizədlərin də ola biləcəyini istisna etməyib: “Xalq artisti Şəfiqə Məmmədova da namizəddir, eləcə də konfrans günü başqa namizədlər də ortaya çıxa bilər. Bu təbiidir”, – AKİ sədri əlavə edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədovadan da bu mövzuda fikirlərini öyrənmək istəsək də, təəssüf ki, zənglərimizə cavab vermədi.

Xatırladaq ki, fəaliyyətdə olan kino ittifaqları ötən ilin iyununda birləşmələri barədə birgə bəyanat yayıblar.

Bundan sonra xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova yeni yaradılan ittifaqın sədrliyinə namizədliklərini irəli sürdüklərini APA-ya təsdiq ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

# 2378 dəfə oxunub

Oxşar xəbərlər

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər