Ramiz Məliklə vida mərasimi keçirildi

Ramiz Məliklə vida mərasimi keçirildi
14 dekabr 2023
# 13:35

Xalq artisti Ramiz Məliklə Heydər məscidində vida mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində aktyorun ailə üzvləri, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bildirib ki, Ramiz Məlikin xatirəsi əbədi olaraq onu sevənlərin yaddaşlarında qalacaq. O əlavə edib ki, Ramiz Məlikin dəfni ilə bağlı işlər yerli-yerində həyata keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev isə Ramiz Məlikin hər zaman tamaşaçıların sevimlisi olduğunu, rolları ilə seçildiyini, səhnədə emosional və fərqli oyunu ilə fərqli obrazlar yaratdığını diqqətə çatdırıb: "Bizim Ramiz müəllimlə yaxşı münasibətimiz olub. Bir aktyor kimi onu çox sevmişəm. Bu gün onu son mənzilə yola salırıq. Allah rəhmət eləsin!"

Xalq artisti Hacı İsmayılov bir çox tamaşalarda Ramiz Məliklə tərəf müqabili olduğunu xatırlayıb. Aktyor "Ad günü” filmində də birlikdə oynadıqlarını qeyd edib.

“Ramiz Məliki başqa sənətkarlardan fərqləndirən onun kübarlığı idi. O, çox dözümlü, iradəli adam idi və uzun müddət idi ki, xəstə olmasına baxmayaraq, ümid edirdi ki, sağalacaq və yenidən səhnəyə qayıdacaq. Təəssüf ki, bu, mümkün olmadı. Akademik Milli Dram Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqı adından Ramiz Məlikin ailəsinə, doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin!", - deyə o qeyd edib.

Əməkdar artist Ayşad Məmmədov isə mərhum sənətkarla ilk də Hüseyn Cavidin yubileyi münasibətilə keçirilən tədbirdə eyni səhnəni bölüşdüyünü deyib: “O, Hüseyn Cavidi, mən isə Arif obrazını oynayırdım. O da vaxtilə Arif rolunu oynamışdı. Buna görə sonralar zarafatla məni Arif deyə çağırırdı. Daha sonra Cəfər Cabbarlının "Yaşar" pyesində tərəf müqabili olmuşuq. Allah rəhmət eləsin, ruhu şad olsun".

Qeyd edək ki, Ramiz Məlik II Fəxri xiyabanda dəfn ediləcək.

# 2263 dəfə oxunub

Oxşar xəbərlər

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

15:24 8 oktyabr 2026
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

15:02 8 oktyabr 2026
Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə  necə  danışır?

Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə necə danışır?

15:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər