"Qayıdış" filminin təqdimat mərasimi keçirilib

"Qayıdış" filminin təqdimat mərasimi keçirilib
17 fevral 2025
# 09:55

Rejissor Elməddin Alıyevin "Qayıdış" filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, rejissor Elməddin Alıyevin ekranlaşdırdığı “Qayıdış” sənədli filminin təqdimatı olub.

Filmdə Laçından didərgin düşmüş bir arıçı ailəsinin 30 ildən sonra doğma torpaqlarına dönməsi prosesləri təsvir olunub.

Elməddin Alıyev film haqqında danışarkən qeyd edib ki:

“Torpaqlarımız azad olunduqdan sonra Qarabağ mövzusunda bir film çəkmək istəyirdim. Bu əsnada ən səmimi şəkildə yanaşa biləcəyim mövzu öz ailəmin mənə tam bəlli hekayəsi ola bilərdi. Beləcə, bu ideyanı reallaşdımağa qərar verdim.”

Qeyd edək ki, film “Karvan Film Production” tərəfindən istehsal olunub. Rejissoru və ssenari müəllifi Elməddin Alıyev, prodüserləri Elməddin Alıyev və Emil Nəcəfovdur. Layihəyə post-prodakşn mərhələsində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək verib. İctimai Televiziya isə filmə informasiya dəstəyi göstərib.

# 3090 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər