Filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edildi

Filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edildi
11 yanvar 2025
# 11:12

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nə start verib.

Kulis.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.

Müsabiqə kinematoqrafın istənilən istiqamət, kateqoriya və janrlarını əhatə edən, kütləvi nümayiş üçün nəzərdə tutulan, post-prodakşn mərhələsində olan film layihələri arasında keçirilir.

Üç mərhələdən ibarətdir müsabiqəyə layihələrin qəbulu, Bədii Şura tərəfindən layihələrin qiymətləndirilməsi və sənədləşdirmə işləri (müqavilələrin bağlanması və s.) daxildir.

Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 min manat, tammetrajlı sənədli filmlər üzrə 20 min manat, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 min manat, qısametrajlı animasiya filmləri üzrə isə 13 min manat müəyyən olunub.

Layihə təklifləri fevralın 21-dək https://arka.culture.az internet səhifəsinə göndərilməlidir. Gecikmiş layihə təklifləri etibarsız hesab olunacaq.

Qeyd edək ki, ötən il keçirilən birinci müsabiqədə qalib gələn 6 filmə maliyyə dəstəyi ayrılmışdı.

# 2748 dəfə oxunub

Oxşar xəbərlər

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

18:25 16 sentyabr 2026
"Resident Evil" kainatında yeni səhifə

"Resident Evil" kainatında yeni səhifə

12:30 16 sentyabr 2026
"Evdə tək"in ulduzu "Emmi" səhnəsində

"Evdə tək"in ulduzu "Emmi" səhnəsində

11:00 16 sentyabr 2026
HBO-nun "Harri Potter" serialında yeni simalar

HBO-nun "Harri Potter" serialında yeni simalar

10:00 16 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

14:52 14 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

12:40 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər