“Qarabağ” muğam qrupu Özbəkstanda səfərdə odular

“Qarabağ” muğam qrupu Özbəkstanda səfərdə odular
2 may 2022
# 11:15

“Qarabağ” muğam qrupunun üzvləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.

Kulis.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin “Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar. Qonaqlar mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.

Mərkəzin direktoru Samir Abbasov nümayəndə heyətinə bildirib ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı istifadəyə verilib.

Qonaqlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar.

S.Abbasov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, Azərbaycanın müxtəlif dövrlərinə aid xəritələr, tarixi sənədlər, görkəmli şəxsiyyətlər haqqında məlumat verib.

Xatırladırıq ki, Özbəkistan Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə bir gün əvvəl Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı keçirilib.

# 2687 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
Üçqat "Qremmi" laureatından yeni albom

Üçqat "Qremmi" laureatından yeni albom

12:30 1 oktyabr 2026
FHN “Şəhərsalma və Memarlıq İli”  ilə bağlı tədbir keçirdi

FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

12:09 1 oktyabr 2026
Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

12:08 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər