“Qarabağ ilmələrdə” sənədli filminin təqdimatı keçirildi

“Qarabağ ilmələrdə” sənədli filminin təqdimatı

“Qarabağ ilmələrdə” sənədli filminin təqdimatı

28 dekabr 2021
# 18:00

Bu gün Nizami Kino Mərkəzində “Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ ilmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə çıxışında layihənin əhəmiyyətindən danışıb: "Biz filmə 45 dəqiqə ərzində diqqətlə baxdıq. Əslində isə bu film 45 dəqiqə yox, 44 gün, prosesi nəzərə alsaq, bir illik bir zaman müddətini əhatə edir. Filmdə xalçaya ilmə vuran şəxslər öz fikirlərini səsləndirdi. Səslənən fikirlər həm də bizim qələbəmizin şüarı idi. Xalçaya ilmə vuran şəxslər arasında şəhid və qazilərin ailə üzvləri vardı. Onların duyğu və hissləri ilmələr vasitəsilə xalçaya köçüb. Bütövlükdə dəyərləndirsək, bu, möhtəşəm bir layihədir. Yaradıcı heyətə təşəkkür edirəm”.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, layihəyə 12 emalatxana, 16 toxucu cəlb edilib.

O qeyd edib ki, xalça Şuşa Xalça Muzeyində sərgilənəcək.

Filmi izləndikdən sonra 44 gün ərzində toxunan Qarabağ “Çələbi” xalçasının kəsim mərasimi olub. Xalça kəsimini ilk olaraq şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, şəhid Denis Proninin həyat yoldaşı Aynur Əliyeva həyata keçirib.

Qeyd edək ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub.

Sonuncu ilmələri Zəfər Günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.

Filmin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissoru Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru Böyükağa Nağıyevdir.

# 2461 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər