“Pulitser” mükafatının qalibləri açıqlandı

“Pulitser” mükafatının qalibləri açıqlandı
10 may 2023
# 18:40

Nyu-Yorkda 2023-cü il “Pulitser” mükafatının qaliblərinin adları açıqlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu il mükafat tarixində ilk dəfə olaraq iki kitab “Ən yaxşı bədii roman” elan edilib.

Onlardan birincisi – amerikalı yazıçı və şairə Barbara Kingsolverin “Demon Copperhead” (“Kopperhed şeytanı”) əsəridir. Bu kitab Çarlz Dikkensın "Devid Kopperfild” romanının müasir variantıdır. 1999-cu ildə Kingsolver “Zəhərli ağac İncili” romanına görə artıq “Pulitser” mükafatına namizədlər arasında olub.

Nəşrə görə mükafat alan ikinci kitab – argentinalı müəllif Ernan Diasın “Trust” (“Etimad”) romanıdır. Burada xatirələrini bəyənməyən imkanlı kişidən bəhs edilir. Əsərin qəhrəmanı katibəsinə özünün həyat hekayəsinə əsaslanan kitab yazmağı təklif edir.

2023-cü il “Pulitser” mükafatı həmçinin “İngilis” pyesinə görə Sanaz Tussiyə, “Azadlıq dayağı: federal hakimiyyətə ağ müqavimət haqqında Saqa» tarixi tədqiqata görə Cefferson Kouiyə, “Xüsusi agent: Con Edqar Huver və Amerikan əsrinin yaranması” tərcümeyi-halına görə Beverli Keycə, “Sadiq ol” xatirələrinə görə Xua Şu, “O vaxt müharibə: və seçilmiş şeirlər, 2007–2020” şeirlər toplusuna görə Karl Fillipsə, "Onun adı Corc Floyddur: Bir insanın həyatı və irqi ədalət uğrunda mübarizə" qeyri-bədii, tətbiqi ədəbiyyata görə Robert Semyuelsə və Toluse Olorunippaya, “New York Magazine”də tənqidi xarakterli məqalələrə görə Andrea Lonq Çuya təqdim olunub.

Qeyd edək ki, bu mükafat hər il jurnalistika, ədəbiyyat, dram və musiqi sahəsində müəlliflərə təqdim edilir. Mükafatın ədəbi blokuna gəldikdə, burada nəsr, dram, tarixi araşdırma, qeyri-bədii, tətbiqi ədəbiyyat, poeziya və tərcümeyi-hala görə eyni zamanda bir neçə mükafat verilir.

# 2288 dəfə oxunub

Oxşar xəbərlər

35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
Kino Agentliyi xəbərdarlıq etdi:  "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

Kino Agentliyi xəbərdarlıq etdi: "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

14:11 19 oktyabr 2026
14-cü Boğaziçi Film Festivalının  münsiflər heyəti açıqlandı

14-cü Boğaziçi Film Festivalının münsiflər heyəti açıqlandı

13:40 19 oktyabr 2026
Yazıçılar, rəssamlar, oyun həvəskarları... - "Geekend" festivalı keçirildi

Yazıçılar, rəssamlar, oyun həvəskarları... - "Geekend" festivalı keçirildi

13:20 19 oktyabr 2026
Türkiyədə gecə muzeyçiliyi layihəsi - 1 milyondan çox ziyarətçi qeydə alındı

Türkiyədə gecə muzeyçiliyi layihəsi - 1 milyondan çox ziyarətçi qeydə alındı

13:00 19 oktyabr 2026
Diplomatımız şairin mükafatını qəbul etdi

Diplomatımız şairin mükafatını qəbul etdi

12:40 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər