Pedofil olmaqdan qorxub intihar etdi

Pedofil olmaqdan qorxub intihar etdi
3 noyabr 2021
# 15:50

Kulis.az Qəmər Alxanovanın “Cəhalət varsa, pedofiliya var” yazısını təqdim edir.

Hələ 71-ci ildə göstərmişdi pedofiliyanın səbəblərini Cengiz Tuncer. “Kərkənəz” romanı türk xalqının və türk ədəbiyyatına heyran olanların az bələd olduqları romandır. Salehin uşaqlıqdan ölənə kimi yaşadığı faciələrdən danışır. Pedofiliyaya necə düçar olduğundan, niyə düçar olduğundan...

Saleh Egeyin dağ kəndlərindən birində çoxarvadlı bir kişinin ailəsində doğulur. Üç arvadı olan atasının anasını aldıqdan sonra doğulması, analıqlarının yaşadıqları qayğısızlıq, tək otaqlı evdə şahid olduğu qadın-kişi münasibətlərinin çirkin tərəfləri, dost seçimində belə atasından gördüyü işgəncə onda özünə inamı zədələyir. Natamamlıq kompleksinin təhtəlşüurunda özünə açdığı yer onun sonrakı həyatını məhv edir. Yazıçı romanda Salehin analıqlarından birinin bacısı qızı Şadiyənin əri əsgər getdikdən sonra hamilə olmağına baxmayaraq qaynatası tərəfindən təcavüzə məruz qalmasını, uşağını itirməsini, əsgərdən gəlib bütün bunları öyrənən ərinin öz atasını öldürməsini, Şadiyənin pis yola düşməsini də yardımçı hadisə kimi göstərərək, kişilərdəki tərbiyə edilməyən vəhşi instinktlərin yaratdığı faciələrdən danışır.

Eyni zamanda yazıçı həyatları boyu ərlərindən qayğı görməyən analıqların psixoloji vəziyyətindən də bəhs edir. Analıqlardan biri kəndin dəlisi ilə münasibətə girir. Dəli onu boğaraq öldürür. Salehin atası isə dəlini öldürərək həbs edilir. Saleh əsgər gedir, orda əsgərlər zoofiliya ilə məşğuldur. At Salehi təpikləyərək qabırğasını qırır, geri qayıtdıqdan sonra həbsdən çıxan atası onu evləndirir. Saleh arvadı Gülşənə qarşı heç nə hiss etmir. Qonşu balaca qıza meyillənir. Bunu hiss etdikdə özünü dərədən ataraq intihar edir.

Pedofiliya bütün hallarda səbəbsiz deyil, amma buna baxmayaraq da bağışlanan deyil. Cəhalət varsa, pedofiliya var. Təcavüz var, təqib varsa, incidilmək var.

71-ci ildə pedofiliyanın səbəblərini araşdıran, tənqid edən yazıçılar vardısa biz niyə uşaq təcavüzünə qismət donu geyindirib “evləndirməyi” tövsiyə edən düşüncələrlə sınanırıq? Ona yazıçı, ya da şair demək olar bilmirəm... Çünki yazar və şair cəmiyyətin sözünü deyən adamdı. Mən inanmaq istəmirəm ki, cəmiyyətin sözü budur. Buna inansaq biz də depressiyadan öləcəyik...

# 2921 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər