“Nürnberq” filminin premyerası olub

“Nürnberq” filminin premyerası olub
5 sentyabr 2023
# 13:25

Bakıdakı Rus Evində Rusiyanın Hərbi Şöhrət Günü münasibətilə rejissor Nikolay Lebedevin “Nürnberq” filminin premyerası olub.

Kulis.az xəbər verir ki, filmin nümayişindən əvvəl Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov tamaşaçıları salamlayıb. Premyeraya gələnlər arasında diplomatik korpusun nümayəndələri, iş adamları, Rusiya həmvətənlərinin təmsilçiləri, yaradıcı ziyalılar olublar.

2023-cü ildə lentə alınmış “Nürnberq” filmi nasist Almaniyası elitasının beynəlxalq tribunalın qarşısına çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Bu ekran əsərində müxtəlif ölkələrdən olan aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər. Onların arasında Sergey Bezrukov, Lyubov Aksyonova, Yevqeni Mironov, İqor Petrenko var.

Filmin nümayişi çərçivəsində “Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olub.

Sərgi üçün eksponatlar və filmin nümayişi hüququ “Aleksandr Peçerskinin Xatirə Fondu” qeyri-kommersiya təşkilatına məxsusdur.

# 2164 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər