"Netflix"ə ağr ittiham - "Squid Game" plagiatdır!

"Netflix"ə ağr ittiham - "Squid Game" plagiatdır!
17 sentyabr 2024
# 09:47

Hindistanlı rejissor Soham Şah striminq platforması "Netflix"i məhkəməyə verib və "The Squid Game" serialının yaradıcılarını plagiatçılıqa ittiham edib.

Kulis.az xəbər verir ki, Şahın iddiasına görə, "The Squid Game" onun 2009-cu ildə çəkdiyi "Uğur” filminin plagiatıdır.

Onun fikrincə, serialdakı personajlar və baş verən hadisələr onun lentinin süjetinin surətidir. Rejissor "Netflix" platformasının onun müəllif hüququnu pozduğunu bildirib. O, dəymiş ziyanın ödənilməsini və hətta "Squid Game"nin nümayişinə qadağa qoyulmasını tələb edir. İstədiyini əldə etmək üçün Soham Şah Nyu York federal məhkəməsində iddia qaldırıb.

"The Squid Game"dəki əsas süjet, personajlar, mövzular, əhval-ruhiyyə, quruluş və hadisələrin ardıcıllığı "Uğur"la heyrətamiz dərəcədə oxşardır. Bu, hər hansı bir təsadüf ehtimalını istisna edir", deyə o, iddiasında qeyd edir.

Şahın "Uğur" filmi hind dilində çəkilib. Böyük məbləğdə borcu olan ümidsiz insanların hekayəsini təsvir edir. Borcları ödəmək üçün onlar yarışlarda iştirak etməyə razılaşırlar, qələbə üçün onlara pul vəd edilir. Müsabiqə zamanı iştirakçılar uduzmağın ölüm demək olduğunu öyrənirlər.

"The Squid Game"də tamaşaçılar böyük pullar müqabilində oyun oynamağa razılaşan böyük bir qrup insanla qarşılaşırlar. Tezliklə məlum olur ki, vəd edilən qazanc göründüyü qədər sadə deyil.

"Netflix" nümayəndələri rejissorun tənqidinə cavab veriblər. Onlar əmin ediblər ki, onun plagiat ittihamları əsassız və yalandır:

"Bu bəyanatın heç bir əsası yoxdur. "The Squid Game"ni Hvanq Donq-hyeok yazıb və biz layihəni ciddi şəkildə müdafiə etmək niyyətindəyik".

Qeyd edək ki, serialın premyerası 2021-ci ilin sentyabrında baş tutub. İkinci sezonun buraxılışı bu il dekabrın 26-da gözlənilir. 2025-ci ildə çıxacaq və onun sonuncusu olacaq "Squid Game"nin üçüncü sezonunun davamının olacağı da məlumdur.

# 2362 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər