Naşirlərlə kitabçıların görüşü olacaq

Naşirlərlə kitabçıların görüşü olacaq
14 fevral 2022
# 16:40

Azərbaycan Nəşriyyatları Assosasiası İctimai Birliyi (ANAİB) naşirlərlə kitabçıların ictimai görüşünü təşkil edəcək.

Kulis.az birliyə istinadən xəbər verir ki, ictimai görüşün keçirilməsində məqsəd ölkə kitabçılığının, yerli ədəbiyyatın inkişafına dəstək olmaq, bölgələrə kitabın çatdırılımasındakı problemlər, həmiçinin plagiat və pirat mövzularında reallıqları müzakirə etmək, çıxış yolları axtarmaq, nəşriyyatlarla kitab mağazaları arasındakı əməkdaşlığı inkişaf etdirməkdir.

Görüş ictimai müzakirə xarakter daşıyır, hər iki tərəfin yaşadığı çətinliklər, əlaqələrin zəifliyi, kitab ticarətinə təsir edən gerçək amillər, satışın təşkili, kitab marketinqinin düzgün qurulması kimi məsələlərlə bağlı çıxışlar ediləcək və bu çıxışlar ətrafında müzakirələr aparılacaq.

Görüş fevralın 18-i saat 15:00-da Azərbaycanda Atatürk Mərkəzində keçiriləcək.

# 2308 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər