“Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” çap olunub

“Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” çap olunub
2 oktyabr 2025
# 13:45

“Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” “Park”“Park” Müasir Nəşriyyat Evində çapdan çıxıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, kitabda 11 şairdən 11 şeir, ümumilikdə, 121 nümunə toplanılıb.

“Bu toplu müstəqillik dövrü Azərbaycan poeziyasının zəngin mənzərəsini oxucuya təqdim edir. Kitabda 11 tanınmış şairin hər birindən 11 şeir, ümumilikdə 121 poetik nümunə toplanaraq bir araya gətirilib. Seçilmiş nümunələr milli ədəbiyyatımızda müasir dövrün bədii-estetik axtarışlarını, yeni nəfəsini və fərqli yaradıcılıq üslublarını əks etdirir. Toplu həm ədəbiyyatsevərlər, həm də tədqiqatçılar üçün dəyərli bir mənbədir. Müxtəlif poetik üslubların, mövzu və obrazların bir araya gətirilməsi oxucunu zəngin poetik aləmlə tanış edir. Beləliklə, müasir Azərbaycan poeziyasının 30 ildən artıq bir dövrdə qət etdiyi bədii yol bu kitabda öz əksini tapır”, – annotasiyada qeyd olunub.

Qeyd edək ki, kitab 1–7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq və satışa çıxarılacaq.

# 1818 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər