"Vampir" qorxusunun kökləri min illər əvvəl Mesopotamiyada yaranıb.
Kulis.az xəbər verir ki, arxeoloji tapıntılara görə, insanlar yazının belə olmadığı dövrlərdə ölülərin dirilib geri dönəcəyindən qorxurdu. Qəbirlərdə bağlanmış, daşlarla basdırılmış, hətta başı kəsilmiş skeletlər bu qorxunun izləridir.
Mesopotamiya yazılı mətnlərindı bu barədə yazılıb: Kahinlərə “dirilən cəsədlərlə mübarizə üçün ritual təlimatları” verilir.
Qorxunun əsas səbəbi ani ölənlər idi. Onların ruhunun bədəndən tam ayrılmadığına və təhlükəli olacağına inanılırdı.
Xüsusilə gənc qadınlardan — doğuş zamanı ölənlərdən, evlənmədən ölənlərdən, həyatları “yarım qalanlardan” - daha çox qorxurdular.
Bu inanclar ticarət və müharibə yolları ilə Yunanıstana, Romaya, Avropaya keçdi.
Minilliklər ərzində formalaşaraq Drakula, Nosferatu və bütün müasir vampir obrazlarının təməlini qoydu.