Məşhur yazıçılar yazanda nə yeyib, nə içirlərmiş?

Məşhur yazıçılar yazanda nə yeyib, nə içirlərmiş?
3 fevral 2023
# 17:00

Sənətə gedən yol mədədən keçir. Dünyaca məşhur yazıçılar yazanda nə yeyirlər? Kulis.az məşhur yazıçıların sevdikləri qidaları təqdim edir.

1. Hər gün yazmağa başlamamışdan qabaq bir dilim çizkeyk yeyən Stiven Kinq əsl qurmandır. Belə ki, özü kimi yazıçı olan həyat yoldaşı Tabitha Kinq ilə yaxşı balıq bişirdiyi üçün evləndiyini deyir.

Stephen King Is Sorry You Feel Like You're Stuck In A Stephen King Novel :  NPR

2. Qəribə yemə tərzi olan F.Skott Fitscerald üç öynə tuşonka və alma yeyirmiş.

F. Scott Fitzgerald - Wikipedia

3. Modern dünya ədəbiyyatının əvəzedilməz siması Frans Kafkanın sevimli içkisi süd imiş.

Böcəyə çevrildiyi üçün müdirindən üzr istəyən qəhrəman - Təhlil

4. Con Steynbekin əvəzedilməz yeməyi isə qızarmış çörək və boyat qəhvə olub.

CON E. STEYNBEK-in “OF MICE AND MEN”novellasında Amerika xülyası, simvollar  və simvolizmlərin analizi | Astarainfo.az

5. Gününün çoxunu nəsə içərək keçirən Truman Kapotenin gündəlik içki siyahısı belədir: səhər 11-də qəhvə, günorta 12-də nanəli çay, günortadan sonra 2-də şerri adlı ispan şərabı, saat 4-də isə martini.

The Capote Tapes: inside the scandal ignited by Truman's explosive final  novel | Documentary films | The Guardian

6. Marsel Prust yazanda yanında mütləq italyan qəhvəsi espresso olmalı idi.

Marcel Proust | Biography, Books, & Facts | Britannica

7. Qida problemi olan ingilis şair Lord Bayron isə iştahazaldıcı kimi sirkədən istifadə edirmiş.

Lord Byron – author of Don Juan | The British Library

8. Amerikalı şair Emili Dikkinson isə evdə bişirilmiş çörək yeyirmiş.

Emily Dickinson | Poetry Foundation

9. Gün ərzində əlli fincan qəhvə içən Onore de Balzak bu içkiyə məftun idi. Fincan-fincan içdiyi qəhvələrdən sonra əgər yenə də enerjiyə ehtiyacı olurdusa o zaman lobya yeyirdi. Xroniki mədə ağrılarını azaltmaq üçün arada süd pəhrizinə otursa da sağalan kimi qəhvə aludəçiliyinə davam edərmiş.

Onore de Balzak - Uşaq Bilik Portalı

10. Bol kremli qəhvə sevən Aqata Kristi isə kremi bitəndən sonra qəhvəni içməzmiş. Şirin şotland çörəyi kimi tanınan skoneni məşhur yazıçı çox sevirmiş. Qəhvəsi kimi çörəyi də kremli xoşlayan Kristi onun da ancaq kremini yeyirmiş.

Aqata Kristi romanları əsasında çəkilmiş ən məşhur ekran əsərləri – Rezonans

11. Çoxları kimi Viktor Hüqo da günə bir fincan qəhvə ilə başlayarmış. Ancaq bir fərqlə. Fransız yazıçı qəhvəsinə iki ədəd çiy yumurta da qatarmış.

Viktor Hüqo – dahidən seçmə sitatlar

12. Məşhur Amerika şairi Uolt Uitmenin səhər yeməyi olduqca fərqli imiş. O, hər səhər istridyə və ət yeyirmiş.

Биография Уолт Уитмен

# 3905 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər