Mahir N.Qarayevin romanı çap olundu

Mahir N.Qarayevin romanı çap olundu
6 oktyabr 2022
# 11:30

“Qanun” nəşriyyatı şair və tərcüməçi kimi tanıdığımız Mahir N.Qarayevin “SONUNCU KORİFEY” adlı ilk nəsr əsərini nəşr edib.

Kulis.az xəbər verir ki, öz fərqli romanında zəngin və çoxşaxəli materialları bir-birinə yüksək peşəkarlıqla qaynaq edən müəllif həm bəlli dövrün ictimai-siyasi mənzərəsini yaratmağa, həm əsrlər boyu dəhşətli müharibələri körükləyən yalançı patriotizmin və dini riyakarlıqların mahiyyətini açmağa, həm də romanın əsas personajlarından olan Korifeyin örnəyində əsl sənətin kodlarını göstərməyə çalışıb.

Səkkiz səhifəlik mətnlə dünyanın ən yaxşı sənət əsərini yaradacağına sidq ürəkdən inanan və özünü dahilərin sonuncusu sayan Korifey – ədəbiyyata böyük iddia ilə gələn, amma mühitin, şəraitin, eqoizmin, mənasız hikkənin ucbatından öz nəhəng potensialını yelə vetən, talantını reallaşdıra bilməyən yaradıcı insanların, sənət adamlarının ümumiləşdirilmiş faciəvi obrazıdır.

Müəllif romanı əlyazma şəklində oxuyub ona öz dəyərli tövsiyələrini vermiş şəxslərə – Azər Qaraçənliyə, Loğman Rəşidzadəyə, Ramiz Rövşənə, Məzahir Əhmədoğluna, Rafiq Həşimova, Tahiz Kazımlıya, Vilayət Hacıyevə, Əjdər Ola, İlqar Qarayevə, İmran Bədirxanlıya, Nəriman Əbdülrəhmanlıya, Seyran Mirzəzadəyə, Etimad Başkeçidə və kitabın redaktoru Fəxri Uğurluya dərin minnətdarlığını bildirir.

# 2917 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər