Kulisdə “İlin hekayəsi” müsabiqəsi davam edir - Şərtlər

"İlin hekayəsi" müsabiqəsi

"İlin hekayəsi" müsabiqəsi

9 dekabr 2022
# 09:00

Kulis.az noyabrın 16-dan etibarən “İlin hekayəsi” müsabiqəsinə start verib.

Müsabiqəyə yalnız bu il dərc olunan və yaxud da, ümumiyyətlə, dərc olunmayan hekayələr göndərilə bilər. Əvvəlki illərdə çap olunmuş hekayələr müsabiqəyə qəbul edilməyəcək. İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, telefon və foto) [email protected] mail ünvanına göndərməlidirlər. Hər bir iştirakçı müsabiqəyə yalnız bir hekayə göndərə bilər.

– Mövzu və yaş məhdudiyyəti yoxdur.

– Mətnlər Word faylında göndərilməli, hekayələrin həcmi isə 30 min işarədən çox olmamalıdır.

– Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

– Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.az saytında yayımlanacaq. Sayt oxucularının online səsvermə ilə bir nəfəri qalib seçmək imkanı olacaq.

– Qalibləri Kulis.az-ın müəyyənləşdirdiyi 4 münsif seçəcək. Münsiflər heyəti müsabiqə qaliblərinin adının açıqlandığı mərasimdə bəlli olacaq.

Mükafatlar:

– I yerin qalibi – Notbuk və xüsusi hədiyyələr;
– II yerin qalibi – Smartfon və xüsusi hədiyyələr;
– III yerin qalibi – Poketbuk (planşet)xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.
– Kulis.az oxucuları tərəfindən seçiləcək hekayə müəllifi isə Smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqə “İrşad” şirkətinin baş sponsorluğu, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu ilə təşkil olunur.

Ədəbiyyata dəstək olan sponsorlarımıza təşəkkürlərimizi bildirir və bütün yazarları müsabiqədə iştirak etməyə dəvət edirik!

# 10046 dəfə oxunub

Oxşar xəbərlər

9 May-a həsr olunan  elektron məlumat bazası istifadəyə verilib

9 May-a həsr olunan elektron məlumat bazası istifadəyə verilib

10:40 9 may 2025
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

18:20 8 may 2025
Azərbaycan Universitetində yazıçılarla görüş keçirilib

Azərbaycan Universitetində yazıçılarla görüş keçirilib

18:00 8 may 2025
Onlara Prezidentin fərdi təqaüdü verildi - Sərəncam

Onlara Prezidentin fərdi təqaüdü verildi - Sərəncam

17:23 8 may 2025
Fikrət Qocanın 90 illiyi qeyd olunacaq

Fikrət Qocanın 90 illiyi qeyd olunacaq

16:45 8 may 2025
Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib - SİYAHI

Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib - SİYAHI

16:39 8 may 2025
#
#
# # #