Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam
2 aprel 2025
# 18:40

"Sözün bitdiyi an" proqramının aparıcısı Nigar Fərhadın sözləri müzakirərələrə səbəb olub. Belə ki, onun "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb.

Kulis.az Ömər Xəyyamın mövzu ilə bağlı "Onlar arxadan havlar...lar-lar-lar-lar-lar-lar..." yazısını təqdim edir.


Öz aramızdır, o qızın üstünə düşmək, yaxud onu xalq düşməni çıxarmaq əzilmiş eqoların yemlənmə aktıdır.

Düzdür, onu söymək, linç etmək də sizin ifadə azadlığınızdır, fəqət mən prosesin niyyətindən, mahiyyətindən danışıram.

Ki, o, bu məsələdə tamamilə haqlıdır.

Harada oxuyub, haranı qurtarıb... - özü bilər, di gəl, sırf bu məsələdə haqlıdır.

Nigar xanım elə fikirləşir.

Fikirləşir ki, oğlu olsa, filankəsin qızına elçi düşməz, - bu, onun düşüncəsidir, sizinki isə... dediyim kimi, əzilmişlik və alçaldılmışlığın ağzıyla yemlənməkdir; siyasi-iqtisadi aqressiya qusuntusudur.

Kimsə yetim bir qıza elçi düşməyə bilər, elçi düşmək istəməz...

Nədir, qəbahətdir, yoxsa günahdır?

Mən qızımın bir şəhid oğluyla ailə qurmağına razı olmaya bilərəm.

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Kimin xətrinə dəyib?

Məsələn, hansı ana öz qızının Nigar xanımın oğluyla ailə qurmağından ötrü tamarzı idi? Ki, bu sözdən sonra incidi...

Ya onun qızına elçi düşmək istəyirdiniz?

Ümumiyyətlə, hər addımbaşı şəhid/qazi söhbəti eləmək də möhtəkirlikdir.

Lazımi adamlara sözünüzü deyə bilmirsiniz, qalstuklu görən kimi üyüdürsünüz. Halbuki gecə/gündüz söyürlər, təhqir edirlər sizi.

Di gəl, sadə adamlar öz fikirlərini dilə gətirdimi... sizin düşüncənizə, təfəkkürünüzə yad nəsə dedimi... paaaah, olursunuz akula, əjdaha, başlayırsınız yetim qızları düşünməyə, şəhidləri xatırlamağa.

İlin/günün bu vaxtı...Əgər sizin probleminiz, dərdiniz budursa...

Vallah, bu yaşayış bizim ləyağımızdır; hələ bizim üçün bu da çoxdur...

# 5089 dəfə oxunub

Oxşar xəbərlər

Şair Zülfi Vellidağın yeni kitabı çap olundu

Şair Zülfi Vellidağın yeni kitabı çap olundu

18:00 27 iyun 2026
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

16:00 27 iyun 2026
"Ədəbi tənqidçi amansız oxucu olmaq məcburiyyətindədir..." - Fransız filosofdan aforizmlər

"Ədəbi tənqidçi amansız oxucu olmaq məcburiyyətindədir..." - Fransız filosofdan aforizmlər

13:30 27 iyun 2026
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında

12:00 27 iyun 2026
Londondakı qalereyadan Çörçillə aid qalmaqallı videoinstalyasiya yığışdırıldı

Londondakı qalereyadan Çörçillə aid qalmaqallı videoinstalyasiya yığışdırıldı

11:30 27 iyun 2026
Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

20:30 26 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər