“I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək

“I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək
4 may 2023
# 15:50

Mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.

Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.

“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq.

Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına http://(www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.

# 2012 dəfə oxunub

Oxşar xəbərlər

Arktikadakı  əriyən buzlaqları və iqlim böhranını göstərən sərgi açıldı

Arktikadakı əriyən buzlaqları və iqlim böhranını göstərən sərgi açıldı

12:20 21 oktyabr 2026
Fələstin dəstəkçisi yazıçı Salli Runi  kitablarını Britaniyaya göndərməyəcək

Fələstin dəstəkçisi yazıçı Salli Runi kitablarını Britaniyaya göndərməyəcək

12:00 21 oktyabr 2026
"Bitlz" üçün muzey tikilir:  Liverpulda yeni məkan 2028-ci ildə açılacaq

"Bitlz" üçün muzey tikilir: Liverpulda yeni məkan 2028-ci ildə açılacaq

11:40 21 oktyabr 2026
Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar

Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar

11:20 21 oktyabr 2026
Xəlil Rza Ulutürk:  Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair

Xəlil Rza Ulutürk: Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair

11:00 21 oktyabr 2026
Ramiz Əzizbəylinin  kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

10:53 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər