"Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?" - Allahverdi Yolçuyevdən açıqlama

"Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?" - Allahverdi Yolçuyevdən açıqlama
26 iyul 2025
# 16:02

Kulis.az ötən gün küçədə corab satmaqla dolanan aktyor Allahverdi Yolçuyevlə müsahibəni yayımlayandan sonra onun işlə təmin olunması ilə bağlı xəbərlər yayılıb. Məlumatı dəqiqləşdirmək və müsahibədən sonra hansı reaksiyaları aldığı ilə bağlı aktyorla əlaqə saxladıq.

Kulis.az sözügedən məqamlarla bağlı Allahverdi Yolçuyevin açıqlamasını təqdim edir: "Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox. Düzdür, mətbuata bununla bağlı açıqlamışam, amma hələ heç nə dəqiqləşməyib. Ona görə elə demişəm ki, müsahibədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müdiri məndən əmək kitabçamın surətini istədi.

Elə başa düşdüm ki, yəqin o teatrda işə düzəlmişəm, başqa cür ola bilməz. O teatrda işləmişəm, kollektivi də tanıyıram. Amma işə bərpa olunub-olunmamağım barədə dəqiq deyə bilmərəm.

Bu məsələlər Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Hara desələr, ora da gedəcəm. Hələ bir qədər gözləyək də.

Müxtəlif fikirlər var. Deyirlər ki, nahaq elədin. Bu nə idi? Biabırçılıq, nə bilim, nə... Bəziləri deyir, düz elədin. Hərə bir söz deyir. Amma sənət yoldaşlarım zəng eləməyiblər. İki-üç nəfərdən başqa heç kim maraqlanmayıb. Üzdə özünə dost deyən insanlar bir zəng eləyib soruşmayıb, nə olub? Ölmüsən, qalmısan, yoxsan...

Cəlal Məmmədov Sumqayıtdan zəng eləyib. Sabir Məmmədov zəng eləyib, vəssalam. Bir də Afaq xanım zəng eləyib...

İşə gedib-gələndə, dəqiq deyəcəm ki, bəli, işə düzəlmişəm".

# 1841 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

18:15 5 avqust 2026
Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

17:00 5 avqust 2026
“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

16:30 5 avqust 2026
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

16:00 5 avqust 2026
Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər