"Hədis” qısametrajlı animasiya filmi Türkiyədə keçirilən, “Oscar” mükafatı kvalifikasiyalı 24-cü İzmir Beynəlxalq Qısa Filmlər Festivalının “Panorama” proqramına seçilib.
Kulis.az.az xəbər verir ki, festival noyabrın 14-dən 19-dək keçiriləcək.
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Ekran əsərinin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi səslənir.
“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.
Qeyd edək ki, filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilib.
“Hədis” animasiya filmi beynəlxalq festivalda
Oxşar xəbərlər
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq
17:57
13 noyabr 2026
"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı
17:26
13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama
16:51
13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad
16:43
13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”
16:26
13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli
16:26
13 noyabr 2026