Hansı yazıçı ölkəni çevirməyə cəhd etdi?

Yukio Mişima, yapon yazıçısı

Yukio Mişima, yapon yazıçısı

27 may 2022
# 17:00

Kulis.az məşhur yapon yazıçısı Yukio Mişima haqqında yazını təqdim edir.

20-ci əsr yapon ədəbiyyatının ən məşhur simasından danışırıq.

O, 45 illik ömrünə çox şeyi sığışdıra bilmişdi: hüquqşünaslıq, məmurluq, istefa edib yazarlıqla məşğul olmaq, 34 roman, 50 pyes, 25 hekayə və 35 esse yazmaq, bodibilder olmaq, 7 dəfə dünya səhayətinə çıxmaq, 3 dəfə Nobel mükafatına namizəd, teatr və kino aktyorluğu, modellik, simfonik orkestrda dirijorluq, reaktiv təyyarə sürmək, Aykido, Karate və Cüdo ilə məşğul olmaq, hərbi təşkilat qurmaq, dövləti çevirməyə cəhd etməyi və ən əsası Yaponiyanın ən çox oxunan yazıçısı olmaq...

Və bəlkə də, yeganə yazıçı odur ki, yazdığı romanla öz həyatı eyni vaxtda sona çatır.

Mişima nə vaxt intihar etmək qərarına gəldi? İntiharla onun yaradıcılığı arasında əlaqə varmı ? – bu suallar hələ də, cavabsız olaraq qalmaqdadır.

Yukio, 1970-də "Bolluq dənizi" tetralogiyasının yekun hissəsini naşirə verir, sonra Quru Özünü Müdafiə Qüvvələrinin Şərq hissəsinin qərargahına gedir. Tokionun İçqaya bölgəsindəki əsgərləri qiyama çağırır, daha sonra generalın kabinetində harakiri edir. (Harakiri – bir yapon intiharıdır: intihar edən adam qılıncla qarın nahiyəsini kəsir, təyin etdiyi yaxın adamı isə ağrısına son vermək üçün qılıncla onun başını kəsir).

Analysis of Yukio Mishima's Stories – Literary Theory and Criticism

İntihar mövzusu Mişimanın ilk əsərlərində də mövcuddur: İkinci Dünya müharibəsindən sonra nəşr edilən "A Story at the Cape" əsərində dağda itmiş bir gənc təsadüfən iki sevgilinin intiharının şahidi olur və bu onda ölümə maraq oyadır. 1961-ci ildə nəşr edilən "Patriotism" əsərində də qəhrəmanların ritualist intiharından bəhs edilir. Həmçinin, Y. Mişima çəkildiyi filmdəki rolunda da intihar etmişdir.

Lakin kitabda və filmdə intihar etmək, həyatda intihar etmək demək deyildi. 1970-ci ilin yanvarında Y. Mişima məşhur yapon yazıçısı Fujiwara no Teika (1162-1241) haqqında tarixi roman yazmaq planını açıqlamışdır. Bu onu göstərir ki, ölümündən bir neçə ay öncə Mişima intihar haqqında düşünmürdü.

Mishima Yukio: Historical Visionary | Nippon.com

Yukio, ömrünün parlaq çağında nə üçün anidən bu qərarı vermişdi, bilinmir, təkcə onu bilirik ki, yarım əsr əvvəl oxucular Y. Mişimanın ölümünün verdiyi mesajın mənasını başa düşə bilmədilər, lakin dövrümüzün küncə sıxılmış qəhrəmanı, şübhəsiz ki, onun sözlərinin mənasını aydın başa düşür.

Hazırladı: Cinciva Books - Əsmər Mehdizadə, İnci Əliyeva.

# 5012 dəfə oxunub

Oxşar xəbərlər

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

14:00 31 iyul 2026
"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

13:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər