Günay Əfəndiyeva Reza Deqati ilə görüşdü

Günay Əfəndiyeva Reza Deqati ilə görüşdü
17 yanvar 2023
# 16:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ilə bağlı layihələrini davam edir

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur Azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva Fond tərəfindən 8-9 dekabr 2022-ci il tarixində Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa Günləri” çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın gədim tarixini və zəngin mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

Fondun prezidenti Türk Dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ilə bağlı layihələrindən danışıb. Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

Görüşdə həmçinin Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər