"Ginnesin Rekordlar Kitabı" 70 yaşında

"Ginnesin Rekordlar Kitabı" 70 yaşında
27 avqust 2025
# 17:50

27 avqust "Ginnesin Rekordlar Kitabı"nın ilk nəşrinin çap olunmasından 70 il ötür.

Kulis.az xəbər verir ki, "Ginnes Rekordlar Kitabı" 70 illiyi ərəfəsində hələ də əldə olunmağı gözləyən saysız-hesabsız rekordun mövcud olduğunu və qurumun elan etdiyi 70 rekordu açıqlayıb.

Nəşrin baş redaktoru Kreyq Qlendey mövzu ilə bağlı bunları deyib: "1950-ci illərdə ilk sayımızın nəşr olunmasının 70-ci ildönümünü qeyd edərkən, üstün faktların və nailiyyətlərin qlobal kuratoru kimi 70 möhtəşəm ili arxada qoymaqdan qürur duyuruq. Bu illər ərzində saysız-hesabsız ikonik anlara şahid olduq, dünyanın hər yerindən istedadların ən heyrətamiz güc, bacarıq və dözümlülük nümayişlərini gördük və bunun belə davam etməsini arzulayırıq. İndi isə irəliyə baxır və həm mövcud, həm də gələcək nəsil rekord qıranları alqışlayırıq.”

Həmin rekordlar bunlardır:

Bir dəqiqədə oturulan ən çox səsli yastıq;

Ən uzaq məsafəyə şüşə çevirmə;

30 saniyədə edilən ən çox “çak” hərəkəti;

Ən sürətli 400 metr çuval yarışı;

Beşqatlı iskambil kartı piramidası qurma müddəti (ən sürətli);

30 saniyədə bir cütlüyün verdiyi ən çox öpüş;

İki nəfərlik bir komandanın bir saatda etdiyi ən çox “daşqa-daşqa” atlayışı;

Bir saatda trambolində edilən ən çox oturma düşüşü;

Bir dəqiqədə yeyilən ən çox hamsi balığı;

Bir dəqiqədə iki nəfərlik komanda tərəfindən bağlanan ən çox şnur fişəngi;

Bir dəqiqədə üst-üstə düzülən ən çox kartof cipsi;

Tək əllə tutula bilən ən çox stolüstü tennis topu;

30 saniyədə geyinilən ən çox futbolka (fərdi);

Velosipedlə Everest hündürlüyünə qalxma müddəti (ən sürətli).

Qeyd edək ki, "Ginnes Rekordlar Kitabı"nın ilham mənbəyi 1950-ci illərin əvvəlində İrlandiyanın Kounti Veksford şəhərində keçirilən və həmin vaxt “Ginness” pivə zavodunun baş direktoru ser Hyu Biverin də qatıldığı ov məclisində yaranmış mübahisə olub.

# 1430 dəfə oxunub

Oxşar xəbərlər

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər