Gənc Tamaşaçılar Teatrında "Antiqona" tamaşasının premyerası keçiriləcək

Gənc Tamaşaçılar Teatrında "Antiqona" tamaşasının premyerası keçiriləcək
8 dekabr 2023
# 13:50

Dekabrın 16-da və 17-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

Kulis.az xəbər verir ki, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Telman Şıxıyevdir, bəstəkarı Röya Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşova aiddir. Səhnə əsərində Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.

Müəllifin 1943-cü ildə, II Dünya müharibəsinin qızğın çağında qələmə aldığı və indiyədək bir çox ölkələrdə tamaşaya qoyulan “Antiqona”, mövzusu antik ədəbiyyatdan gəlsə də, bütün dövrlərlə səsləşən əsərdir.

Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vurur, amma hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam qaldırır. Hər iki qardaş döyüşdə həlak olur. Əmiləri Kreon çar elan olunur. Kreon Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır. Onu dəfn etməyə cəhd edən kəs ölümə məhkum olunacaq. Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq Kreonun yanına gətirilir. Kreon onu seçim qarşısında qoyur: ya ölümü qəbul etmək, ya da bu niyyətdən daşınıb sağ qalmaq.

Antiqona qardaşını dəfn etməklə ölümü seçir. O, seçimi ilə azadlığını bəyan edir. Müəllif bu əsərində dünyanın Antiqona kimi insanlara görə var olmasını vurğulayır.

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

10:00 4 noyabr 2026
Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

10:00 4 noyabr 2026
Tanınmış kataloniyalı yazıçı bu ilin  "Servantes Mükafatı"nı  qazandı

Tanınmış kataloniyalı yazıçı bu ilin "Servantes Mükafatı"nı qazandı

09:55 4 noyabr 2026
“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

09:40 4 noyabr 2026
Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər