Gənc aktyor 12-ci plastik əməliyyatı zamanı öldü

Gənc aktyor 12-ci plastik əməliyyatı zamanı öldü
25 aprel 2023
# 15:30

Kanadalı aktyor Saint von Colucci 22 yaşında BTS qrupunun üzvü Jimin kimi görünmək üçün 12 plastik əməliyyat keçirdikdən sonra ölüb.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Sənətçi bir neçə ay əvvəl keçirdiyi kosmetik prosedurlar nəticəsində yaranan fəsadlardan sonra Cənubi Koreya xəstəxanalarından birində dünyasını dəyişib. Xəstəxanadan onun 2022-ci ilin noyabrında çənəsindən implantları çıxarmaq üçün əməliyyat keçirdiyi bildirilib. Məlumata görə, gənc sənətçi implantlara görə yoluxduğu infeksiya səbəbindən vəfat edib.

Ötən il ərzində Colucci çənə əməliyyatı, implantlar, facelift, burun, göz, qaş, dodaq kiçiltmə və bəzi digər kiçik müdaxilələr daxil olmaqla bir neçə əməliyyat keçirib. “O, həqiqətən görünüşünü bəyənmirdi. Çənə formasının çox geniş olduğunu düşünürdü və bir çox asiyalılar kimi V formasını istəyirdi”, - deyə aktyorun yaxınları bildirib.

# 3082 dəfə oxunub

Oxşar xəbərlər

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
“PUBG” serialı çəkilir:  Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

“PUBG” serialı çəkilir: Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

12:00 2 noyabr 2026
100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

100 yaşlı Devid Attenboro yenidən okeanların sirrini açır: “Blue Planet III” yayımlandı

11:40 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər