İslam ölkələrində oyun sənayesinin imkanları - Müzakirə

İslam ölkələrində oyun sənayesinin imkanları - Müzakirə
5 dekabr 2024
# 13:03

Dekabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün "Gənclər Paytaxtı" Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə islam ölkələrində oyun texnologiyası sahəsində birgə əməkdaşlığı və inkişafı təşviq etmək üçün “Oyun texnologiyaları üzrə sammit" (G-HUB) keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə bu sənayenin imkanları barədə danışıb və “G-HUB” təşəbbüsünün bu istiqamətdə atılan mühüm addım olduğunu diqqətə çatdırıb. Sammitdə oyun sənayesinin yerli və xarici mütəxəssisləri “G-HUB” platforması, “Epic Games” rəqəmsal alətləri, “Local Game Jam” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonra tədbir islam ölkələrində oyun sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan panel müzakirəsi ilə davam edib. Sammitin iştirakçıları arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, dünyada oyun sənayesinin aparıcı şirkətləri olan “Epic Games”, “Xsolla”, həmçinin “Gamesummit” və “Turan Masters” kimi yerli şirkətlərin nümayəndələrinin iştirakı “G-HUB” sammitinin ekosistem üçün əhəmiyyətini önə çıxarıb.

Tədbirin sonunda “Turan Masters” şirkətinin fəaliyyəti haqqında iştirakçılara məlumat verilib.

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rəsm əsəri 36 milyon dollara satıldı

Məşhur rəsm əsəri 36 milyon dollara satıldı

15:40 25 oktyabr 2025
Söyülən, saçı qırxılan gəlinlər, bəyi öpən qadınlar - Dünyanın ən qəribə evlilik ritualları

Söyülən, saçı qırxılan gəlinlər, bəyi öpən qadınlar - Dünyanın ən qəribə evlilik ritualları

15:00 25 oktyabr 2025
Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

12:52 25 oktyabr 2025
Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

12:37 25 oktyabr 2025
Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

12:10 25 oktyabr 2025
Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

11:35 25 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər