Filmimiz Beynəlxalq Film Festivalında

Filmimiz Beynəlxalq Film Festivalında
30 aprel 2025
# 10:45

Misirdə 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, mayın 2-dək davam edəcək festivalda 37 ölkədən 38 film müsabiqəyə təqdim edilib.

Azərbaycandan rejissor İqor Smolanın “Keçmiş.POV” (POV Memory) filmi festival çərçivəsində nümayiş olunacaq qısametrajlı filmlər siyahısına daxil edilib.

Film hərbçinin həyatından bəhs edir. Filmin qəhrəmanı ailə fotolarını qənimətlərini saxladığı qutuda saxlayır. Amma zaman keçdikcə yeni yaddaş imkanlarının yarandığı vurğulanır. Filmin hadisələri dövrün texniki imkanlarına nəzərən 16 mm-lik lent, VHS kasetlərindən tutmuş müasir qacetlər və termal təsvir kameraları ilə verilib.

Filmin ssenari müəllifi, rejissoru və prodüseri İqor Smola, digər prodüserləri Emil Nəcəfov və Şi Şuaidir, operatoru Alisa Tareliçevadır. Filmdə Asiman Ağa Rövşən, Vüsalə Ağayeva, Ayla Ağayeva, Mahir Əsədov, Arzuman Mirzəsoy, Tamerlan Xəlilov və başqaları çəkiliblər.

Festivalın direktoru rejissor Məhəmməd Mahmud qeyd edib ki, beynəlxalq mədəniyyət tədbiri qısametrajlı film mədəniyyətini və ölkələr arasında mədəni mübadiləni təşviq etmək məqsədi güdür.

Qeyd edək ki, tədbirlər İsgəndəriyyə Operasında, İsgəndəriyyə Milli Muzeyində, Yunan-Roma Muzeyində, Metro Cinemada və İsgəndəriyyə Kitabxanasında keçiriləcək.

# 143 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyinin yeni  baş direktoru kimdir?

Kino Agentliyinin yeni baş direktoru kimdir?

14:04 30 aprel 2025
Bakıda "Nine Senses Fest 2025”  başlayır

Bakıda "Nine Senses Fest 2025” başlayır

13:00 30 aprel 2025
Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu

Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu

12:22 30 aprel 2025
Bədii Şuranın növbəti iclası keçirildi

Bədii Şuranın növbəti iclası keçirildi

10:47 30 aprel 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

10:16 30 aprel 2025
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

10:00 30 aprel 2025
#
#
# # #