Xalq artisti: "Plastik əməliyyatdan qorxuram"

Xalq artisti:  "Plastik əməliyyatdan qorxuram"
14 aprel 2025
# 14:42

"30 dəfə əməliyyat keçirmişəm".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu "Bir gün" verilişində deyib. Aktrisa bildirib ki, plastik əməliyyatdan qorxur:

"Aktrisa elədir ki, yaşlı obrazları canlandırmasa, kim edəcək? Hər dövrün öz tələbi var. 28 yaşım olanda "Sarıköynəklə Valehin nağılı" filminə dəvət aldım. Soruşdum ki, kimi canlandıracağam? Dedilər Sarıköynəyi. Cavab verdim ki, 28 yaşım var, 18 yaşlı bir qızı necə canlandırım, rol almayacağam. Mehriban Xanlarovanı tövsiyə etdim. Uğurlu da rol aldı. Həmişə düşünmüşəm ki, kino nə qədər aldadıcı olsa da, aktrisa yaşını nəzərə almalıdır. Teatrda bunu gizlətmək asandır. Kino da isə bu, mümkün deyil. İndi plastik əməliyyatlar var. Bunun əleyhinə deyiləm. Amma bu əməliyyatlar bizi aktrisalıq sənətində təəccüblənməkdən, təbii hissləri üz cizgilərimizlə göstərməkdən məhrum edir. Ona görə də bacardıqca bunlardan uzaq dururam. O demək deyil ki, mən özümə fikir vermirəm. Hər səhər idmanla məşğul oluram. Həyat yoldaşım deyir ki, piyada gəz. Söyləyirəm ki, mən həmişə ayaqüstəyəm də, ordan-bura, evdən-işə qaçıram. Deyir, yox, piyada gəzmək lazımdır.

Hələ ki, plastik əməliyyat etdirməmişəm. Allah qismət etsə, 90 yaşım olsa, fikirləşərəm. Həm də ki, plastik əməliyyatdan qorxuram. Allah bizi necə yaradıbsa, odur. Ona müdaxilə etmək düzgün deyil. Bunun əleyhinə deyiləm, amma sənətimizdə bizə əngəl ola bilər".

# 1804 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər