Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü

Fatma Mahmudova "Sənətkar"  medalına layiq görüldü
23 dekabr 2024
# 18:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Adamın adamı" tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, bu dəfə səhnə əsəri sənət ocağının tanınmış aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudovanın 70 illik yubileyi münasibətilə təqdim edilib.

Akademik Musiqili Teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verərək, teatr rəhbərliyi və kollektiv adından yubilyarı təbrik edib. O, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də təbriklərini çatdırıb.

Fatma xanımın teatr sahəsindəki səmərəli fəaliyyətindən söz açan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov yubilyarı "Sənətkar" medalı ilə təltif edib.

1994-cü ildən Akademik Musiqili Teatrın bir çox tamaşalarında çıxış edən Fatma xanım bu dəfə də ona həvalə edilən obrazın öhdəsindən böyük məharətlə gəlib.

Tamaşaçı alqışları altında keçən səhnə əsərində aktrisa ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, konsertmeysterləri Kamil Həsənov, Fidan Məmmədova, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Məmmədovadır.

# 2782 dəfə oxunub

Oxşar xəbərlər

“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

09:45 4 noyabr 2026
Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər