Elza Seyidcahan: "Xüsusilə də Flora Kərimovanın qeybətini edirdi"

Elza Seyidcahan:  "Xüsusilə də Flora Kərimovanın qeybətini edirdi"
4 avqust 2023
# 13:45

"İlhamə Quliyeva məni restorana dəvət edirdi, getmirdim. Çünki gedəndə qeybət eşidirdim. Əsas da Flora Kərimovanın qeybətini edirdi. Mən isə onun dediklərini təsdiq etmirdim. O, nəsə deyəndə cavab verməli idim. Amma susurdum".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Retro Baku" verilişinə müsahibəsində deyib.

Müğənni mərhum Xalq artisti İlhamə Quliyeva ilə aralarındakı mübahisələrdən danışıb:

"Konsertimdən bir gün əvvəl İlhamə xanıma zəng vurdum ki, sizin “Göygöl” mahnınızı oxumaq istəyirəm. İcazə verirsiniz? Dedi ki, oxu. Konsertimə gəldi və mahnını oxuyandan sonra məni ayaq üstə alqışladı. Konsertdən sonra zəng vurub restorana dəvət etdi. Bacım Lalə ilə yanına getdim. Dedi ki, anam ölüb, heç kimim yoxdur. Dörd ildir konsert vermirəm. Ağladı... Dedim, ağlamayın. Biz də sizin bacınızıq. Sizə konsert verməyə kömək edərəm. Bundan sonra "Ağ çiçəyim" mahnısını ona hədiyyə etdim.

Mahnının təqdimatına gecikdim. Mənə bir gün əvvəl demişdi ki, tədbirə bir saat tez gəl. Çünki hörmətli qonaqlar gələcək və onları qarşılamaq lazımdır. Mən də bir saat gecikdim. İlhamə xanım isə təqdimata bir saat tez gəlib gözləmişdi.

O, tək də başlaya bilərdi, amma bəstəkara, yəni mənə hörmət etdiyi üçün təqdimata mənsiz başlamayıb. Gələndən sonra da mənə dedi ki, sən kimsən axı təqdimata gecikirsən?".

İllər əvvəl İ.Quliyevanın müsahibələrin birində dediyi “Ayaqlarımı yaxşı yuyursan” sözlərinə E.Seyidcahan bu cür aydınlıq gətirib:

“Seçkidən əvvəl rayonlara konsertlərə gedirdik. Hava çox soyuq idi. İlhamə xanımın təzyiqi qalxmışdı, gözlərinə qan yığılmışdı. Mən də Tovuzda idim. Təzyiqi qalxdığına görə onun ayağını suya qoymalı idim. Rayon yeri idi, sular da donmuşdu. Çətinliklə su tapdım. Vannanı su ilə doldurdum ki, ayaqlarını suya qoysun. Sonra saçını darayıb, əynini geyinib yatdı. Mən də öz otağıma getdim. Sonra efirdə dedi ki, ayaqlarımı yaxşı yuyursan. Halbuki ayaq yumaq daxili zənginlikdən xəbər verir.

İlhamə xanım həmişə evimə gəlib, ona gözəl süfrə açmışam. Gəlinimin xınayaxdısına gələndə dedi ki, Elza mənim bacımdır. Arxamca çox şeylər danışırdı. Bir dəfə demişdi ki, o kimdir onunla bir səhnəni bölüşüm. Ondan sonra üç gün gözlədim ki, İlhamə xanım çıxıb üzr istəsin. Amma üzr istəmədi. Üç gündən sonra jurnalistlərə: "ona "Ağ çiçəyim” mahnısını oxumağı qadağan edirəm” - dedim. Sağ ikən İlhamə xanıma bu sözləri demək hər adamın hünəri deyildi. Sanki qurbağa gölünə daş atdılar. İlhamə xanım mənə heç nə demədi və bir də o mahnını oxumadı”.

# 2916 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər