Elman Rəfiyev: “Bəxtiyar Xanızadə dedi ki, teatrla məşğul olmaq dəlilikdir”

Elman Rəfiyev:  “Bəxtiyar Xanızadə dedi ki, teatrla məşğul olmaq dəlilikdir”
12 iyul 2023
# 15:30

“1994-cü ildə Pantomima Teatrı yarananda Bəxtiyar Xanızadə ona “Dəli yığıncağı” adını qoydu. Çox adam soruşurdu ki, niyə “Dəli yığıncağı”? Deyirdi ki, indiki zəmanədə teatrda məşğul olmaq dəlilikdir. Daim inkişaf edirik, öz üzərimizdə işləyirik, yeni tamaşalar hazırlayırıq. O dövrdə də belə idi, bu dövrdə də. Dünyanın iki ölkəsində Pantomima teatrı var. Biri Gürcüstanda, biri də Azərbaycanda. Azərbaycandakı Pantomima teatrı dayanmadan işləyir. Sadəcə onu izləmək üçün tamaşaçılar teatra gəlməlidir. Əfsuslar olsun ki, teatra gəlməyib onun inkişafdan geri qaldığını deyənlər var".

Kulis.az xəbər verir ki, bu sözləri Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev deyib.

“Bəxtiyar Xanızadə bu teatrı yaradanda belə bir istəyi var idi ki, mənim teatrımın aktyoru həm aktyor, həm rejissor olmalı, həm də özü yazmağı bacarmalıdır. Bugünkü gündə teatrdakı bir çox tamaşaları aktyorlarımız yazır. O vaxt Bəxtiyar Xanızadə bir ekspriment etdi. Tamaşaya Azərbaycan dilini bilməyən rus tamaşaçılar gətirdi. Qəribə mesajlar var idi. Tamaşa bitəndən sonra ruslar deyib ki, səhnədə gördüklərimiz bizi həyatda gözləyirmi? Onlar tamaşanı başa düşmüşdülər. Teatr yarananda dedilər ki, lal və karlar üçün tamaşa oynayın. Zala lal və karları gətirdilər. Biz pantomim tamaşa oynadıq. Siz o qüsurlu tamaşaçılarımızın əl çalmaqlarını, gülməklərini eşidərdiniz, görərdiniz. Hər şeyi başa düşmüşdülər. Bu teatrda işləmək üçün qol çırmalayıb, gecə-gündüz çalışmaq lazımdır. O şöhrətə bir günə, bir aya, bir ilə nail olmaq olmaz. Mən bu şöhrəti qazanmaq üçün həyatımın 31 ilini vermişəm” .

Elman Rəfiyev təhsilin önəmindən danışıb.

“İncəsənət Universitetində oxuyanda mühafizəçi bizi qovurdu ki, ay bala, saat 12-nin yarısıdır, 12-də metro bağlanır. Sizin eviniz yoxdur?! Biz bu yerlərə gəlmək üçün özümüzü fəda etmişik. İndikilər isə birdən-birə o zirvəyə qalxmaq istəyir. Aktyor olmaq üçün təhsil çox önəmlidir. Bu mənim şəxsi fikrimdir. Fitri istedadın ola bilər, amma sən aktyorluğun incəliklərini bilməyəndən sonra obrazı necə oynayacaqsan? Şekspiri tanımayan, Hamleti necə oynaya bilər? Hər yerindən duran sənətimizi ucuzlaşdırmasın. Həmin aktyorlar bu gün küçə danışığı ilə seriallarda çəkilir. Tamaşaçılar da deyir ki, bizim seriallara baxmaq olmur. Tamaşaçılarda bizim sənətimizə nifrəti onlar yaradır. Rejissorlar yaxşı olardı ki, peşəkarlarla işləsinlər”.

Elman Rəfiyev “Ata ocağı” serialındakı obrazından da danışıb.

“Ata ocağı” serialındakı rolumun öhdəsindən layiqincə gəldim. Artıq üstündən 6 il keçib. Həmin obrazdan sonra insanların nifrətini qazandım”.

Moderator.az

# 4336 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər