Elçin Göyçaylı: “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” - Açıqlama

Elçin Göyçaylı:  “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” - Açıqlama
6 yanvar 2025
# 18:28

“Son günlər barəmdə yayılan xəbərlər şayədir. Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə, niyə azadlıqdayam?”.

Kulis.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında müğənni Elçin Göyçaylı deyib.

Onun sözlərinə görə, barəsində yayılan bu xəbəri mətbuatdan və yaxınlarından öyrənib:

“Həmin Mətanət adlı xanımla Moskvada el şənliklərinin birində tanış olmuşam. Məni məclisə dəvət ediblər, oxuyub qonorarımı almışam. Bütün yaxınlarımın içində biabır olmuşam. Əgər bu işdə mən suçlu olsaydım, indi evimdə yox, həmin qadınla birgə cəzaçəkmə müəssisəsində olardım. Saytlar xəbəri dəqiqləşdirmədən və mənim fikrimi öyrənmədən paylaşıblar. Həmin sayt rəhbəri ilə danışdıqda məndən 300 manat müqabilində xəbəri siləcəyini bildirdi. Mən heç bir qadını əxlaqsızlığa sövq etməmişəm və bu məsələdə mənim adımın hallanması şəxsi, eləcə də iş həyatıma mənfi təsir göstərib. Hər kəs də bilir ki, mən 44 günlük Vətən müharibəsi zamanı vətənpərvərlik mahnıları bəstələyərək ifa etdim. Təkcə mənim “Noldu Paşinyan?” adlı mahnım dillər əzbəri oldu. Artıq vəkil tutmuşam və həmin saytları məhkəməyə verəcəm”.

Müğənni onu da bildirib ki, bu xəbərin yayılmasının arxasında onu qısqananlar durur:

“Təxminən, ay yarım bundan qabaq Əhmədli qəsəbəsində evimə gedərkən 3 nəfərin hücumuna məruz qaldım. Onlar mənə ciddi xəsarətlər yetirərək çənəmi sındırdılar. Hüquq-mühafizə orqanları məsələyə həssas yanaşdılar və həmin şəxslərin barəsində cinayət işi açıldı. Hazırda Xətai rayon məhkəməsində işimiz davam edir. Bu hadisədən sonra barəmdə böhtan xarakterli xəbərlərin yayılması məni heç də təəccübləndirmədi. Ümid edirəm ki, həmin dezinformasiyanı ötürənlər və xəbəri ilk paylaşan saytlar cəzasını alacaq”.

Qeyd edək ki, mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin, azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

# 4228 dəfə oxunub

Oxşar xəbərlər

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

10:00 4 noyabr 2026
Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

Qobustan qayasında 2000 illik sirr: Roma legionu Xəzərə niyə gəlmişdi?

10:00 4 noyabr 2026
Tanınmış kataloniyalı yazıçı bu ilin  "Servantes Mükafatı"nı  qazandı

Tanınmış kataloniyalı yazıçı bu ilin "Servantes Mükafatı"nı qazandı

09:55 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər