Dünyanın ən kədərli rəsm əsərləri nədən bəhs edir? – Araşdırma

Dünyanın ən kədərli rəsm əsərləri nədən bəhs edir? – Araşdırma
5 fevral 2023
# 15:00

Kulis.az dünyanın ən kədərli rəsm əsərlərini təqdim edir.

1. “Melanxoliya” (1785)

“Melanxoliya” 18-ci əsrin ən kədərli əsərlərindən biridir və indi də sənətdə kədər mövzusu üçün böyük əhəmiyyət kəsb edir. Rəsm 1785-ci ildə Louis-Jean-Francois Lagrenée tərəfindən o vaxtlar dəbdə olan rokoko üslubunda çəkilib. Bu rəsm üslubu təfərrüatlarla təsviri əhatə edir və burada daha çox dekorasiyaya diqqət yetirilirdi.

Rəsmdə yumşaq paltar geyinmiş gənc qadın təsvir edilib. O, kədərlə başını aşağı salıb bir əlini üzünə yuxarı qaldıraraq üzünə söykəyib. Onun qaranlıq fon və gözləri ilə vurğulanan bədən dili dərin bir melanxolik vəziyyətindən xəbər verir.

«Меланхолия » (около 1785 года), Луи-Жан-Франсуа Лагрене.

2. “Kədərli mesaj” (1838)

Peter Fendi sənətdə “Biedermeier” dövrü ilə əlaqəli məşhur Avstriya rəssamı idi. O, əsərləri ilə daha geniş ictimaiyyətə, xüsusən də orta təbəqədən olan vətəndaşların təsviri sənətə marağını artırdı. Bu dövrdə sadə insanların gündəlik həyatından təsvir etdiyi səhnələr bir çox sənətkarlar arasında getdikcə populyarlaşdı. Onun rəsm əsərlərində əsas mövzu kədərin emosional təsviri olub.

“Kədərli mesaj” əsərində qucağında körpəsi olan qadını təsvir edib. Onun yanında daha bir böyük uşağı var. Dərin bir kədər hissi keçirən qadının qucağında açıq məktub və yaxınlığında faciəli xəbəri gətirən bir əsgər dayanıb. Əsgər əlindəki bəzi əşyaları qadına verir. Əşyalardan ailə başçısının artıq müharibədə həlak olduğunu anlamaq olur.

«Грустное послание» (1838 год), Питер Фенди.

3. “Kədər” (1868-1869)

Bu rəsm əsəri "Kədər" və ya "Maqdalena" adları ilə də tanınır. Pol Sezanne tərəfindən 19-cu əsrə çəkilib. Bu günə qədər sənətdə dərin kədərin təsvirini verən ən məşhur rəsmlərdən biridir. Əsərdə İsa Məsihin çarmıxa çəkilməsi xəbərini alanda kədərlənən bir qadın təsvir olunub.

La Douleur (Печаль) (1868-1869), Поль Сезанн.

4. “Təsəllisiz kədər” (1884)

Bu, realizm dövründə Rusiyanın aparıcı rəssam və sənətşünaslarından biri olan İvan Nikolayeviç Kramskoyun 1884-cü ildə çəkdiyi yağlı boya tablosudur. Kramskoy kətanlarının həddən artıq ziddiyyətli olmasına görə tənqid edilib və mürəkkəb psixoloji, əxlaqi hekayələrlə bibliya personajlarının təsvirinə görə məhkum edilib.

Şəkildə dörd il ərzində iki azyaşlı övladını itirən Kramskoyun keçirdiyi bütün kədər tam əks olunub. Rəssam arvadını üzünə sıxılmış şərflə təsvir edərək bütün kədərini onun simasında göstərib. Qadının gözləri kədərli, üzü yorğun görünür. Bədən dili deyir ki, o, hələ də baş verənlərə inanmır.

«Безутешное горе» (1884), Иван Крамской.

5. “Əbədiyyət qapılarında” (1890)

Vinsent van Qoq 19-cu əsrin azsaylı rəssamlarından biri idi ki, kədəri mötəşəm təsir edici sənət əsərlərinə çevirməyi bacarırdı. "Əbədiyyət qapılarında" onun ən təsirli tablolarından biridir. Tabloda stulda oturan yaşlı bir kişi göstərilib. O, başını əlləri ilə bağlayaraq ömrünün sona çatdığına görə təsəllisiz ağlayır.

«У ворот вечности» (1890), Винсент Ван Гог.

6. "Melanxoliya" (1892)

Əsərin müəllifi Edvard Munch inanılmaz emosional kətanları ilə məşhurlaşıb. Dövründə heç kəs onun kimi qəzəb, kədər və narahatlıq hisslərini canlı təsvir edə bilmirdi. Rəssam bütün bu mürəkkəb duyğuları öz imzası olan dalğavari fırça vuruş tərzi və rəng istifadəsi ilə ustalıqla çəkib.

«Меланхолия» (около 1892 года), Эдвард Мунк.

7. “Həzin qadın”

İspan rəssamı Pablo Pikasso 20-ci əsrin ən məşhur rəssamlarından biridir və 1902-1903-cü illər arasında məşhur kədərli rəsm əsərləri yaradıb. Yaradıcılığa özünəməxsus yanaşması onu özündən əvvəlki bir çox rəssamlardan fərqləndirib. O, kubizm hərəkatının lideri kimi tanınıb. Bu kətan isə rəssamın daxili aləmini, depressiya, travma və kədərlə mübarizəsini tam əks etdirib.

Rəsmdə sanki yıxılarkən əlinə söykənən qadın təsvir edilib. Pikassonun rəsmdə istifadə etdiyi mavi rənglər kədər hissini daha da artırıb. Bu, “Saint-Lazare”dəki qadın həbsxanasında məhbus olan bir qadının şəklidir.

Pikassonun yaradıcılığının bu dövrü “mavi dövr” adlanırdı. Bu rəngin çalarları dövrün simvolist hərəkatı üçün son dərəcə vacib idi. Bəzi sənət tarixçiləri hesab edirlər ki, rəsmdəki qadın Pikassonun mərhum dostunun məşuqəsi və rəssamın özünü də cəlb edən biri olub.

Ümumiyyətlə, rəsmdə mavi rəng adətən şər, gecə və ölümlə əlaqələndirilirdi, ona görə də tutqun əhval-ruhiyyə üçün çox uyğun seçim idi.


8. "Qoca Gitaraçı"

“Qoca gitaraçı” da Pikassonun “mavi dövründə” çəkilib. Bu rəsm bütün zamanların ən ikonik kədərli rəsmlərindən biridir. Şəkil əzab və melanxoliya kimi ağır mövzuları özündə birləşdirir ki, bu da mavi rəngin istifadəsi və gitara ifa edən insan tərəfindən daha da vurğulanıb. Bu kor musiqiçinin təsviri ilə Pikasso bədbəxtlərin və məzlumların iztirablarına rəğbətini ifadə edib.

9. “Yaralı Maral” (1946)

Bu rəsm məşhur meksikalı rəssam Frida Kahlonun şəxsi həyatı ilə bağlı ən kədərli rəsmlərdən biridir. 1946-cı ildə yaradılmışdır. Burada Kahlonun həyat yoldaşı Dieqo Rivera ilə keşməkeşli münasibətinindən mübarizələrindən və kədərlərindən işarələr var. Həyat yoldaşının xəyanətləri Fridanın həyatında həm yüksəlişlər, həm də enişlər yaradıb. O, “Yaralı Maral” kətanında bütün bunları mükəmməl əks etdirib.

Rəssamı bu tablonu yaratmağa ruhlandıran kədər və ağrı Riveranın vəfasızlığı ilə yanaşı, keçirtdiyi qəza nəticəsində çəkdiyi fiziki iztirablardan da qaynaqlanıb. 1951-ci ildə verdiyi müsahibədə Kahlonun özünün dediyinə görə, həyatında iki ciddi qəza yaşayıb: birində onu tramvay, digəri isə Dieqo “vurub” .

«Раненый олень» (1946), Фрида Кало.

10. “Kristinanın dünyası”

Tablo ənənəvi kədər təsvirlərinə çox bənzəmir. Rəsm 20-ci əsrin ən məşhur sənətkarlarından biri olan və gündəlik həyatı Amerika xalqının obyektivindən təsvir etməyə böyük əhəmiyyət verən Andrew Wyeth tərəfindən yaradılmışdır. Wyeth-in işinə o dövrdə bir çox insanlar üçün "zəhmət"in vacibliyinə diqqət çəkən rəsmlər də daxil idi. O zaman bir çox vətəndaş gündəlik həyat ehtiyaclarını ödəmək üçün çox çalışmalı idi. “Kristinanın dünyası”nda bədəninin aşağı hissəsi iflic olan gənc qız təsvir edilib. Rəssamın dostu olan Kristina adlı bu qız tarlanın ortasında uzanıb və uzaqdakı tənha evə baxır. Şəklin bulanıq rəngləri ağır xəstəlikdən əziyyət çəkən gənc qızın dərin kədərini əks etdirib.


# 4378 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

12:00 12 oktyabr 2024
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

10:26 12 oktyabr 2024
Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman

10:00 12 oktyabr 2024
Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

17:45 11 oktyabr 2024
Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

17:11 11 oktyabr 2024
Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

14:46 11 oktyabr 2024
# # #