Dünya şöhrətli musiqişünas mühazirə deyib

Dünya şöhrətli musiqişünas mühazirə deyib
19 iyun 2025
# 09:05

Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyaşöhrətli arxeomusiqişünas və bəstəkar Richard Dumbrill mühazirə oxuyub.

Kulis.az xəbər verir ki, Richard Dumbrill mühazirədə Yaxın və Orta Şərqin arxeomusiqiologiyasını, xüsusilə şumer, babil və hurri dillərində yazılmış musiqi nəzəriyyəsinin mixi mətnləri ilə bağlı öz şərhini verib.

O, Yaxın və Orta Şərq musiqi mədəniyyətinə aid biliklərinə əsaslanan görüşlərini iştirakçılarla bölüşüb. Həmçinin qədim Şərqin musiqi mədəniyyətinə həsr etdiyi kitablarından sitatlar gətirib.

Mütəxəssisin müxtəlif musiqi nəzəriyyələrinə həsr olunan mühazirəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

İyunun 22-dək davam edəcək festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.

# 2097 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər