"Dublin" mükafatının qısa siyahısı açıqlanıb

"Dublin" mükafatının qısa siyahısı açıqlanıb
25 mart 2025
# 18:08

"Dublin" ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb.

Kulis.az siyahını təqdim edir.

Percival Everett (ABŞ) – “Ceyms”

Bu roman Amerika ədəbiyyatının klassiki Mark Tvenin “Haklberi Finnin macəraları” əsərindəki qaçaq kölə Cimin (Ceyms) gözündən məlum əhvalatın yenidən yazılmasıdır. Burada Cim yeni bucaqdan – humanist, zəkalı və şəfqətli şəkildə təsvir olunur.

Daniel Meyson (ABŞ) – “Şimal meşələri”

Bu roman bir neçə əsr boyunca “New England” meşələrinin dərinliyindəki bir ev və onun sakinləri haqqındadır. Ən qədim Amerikan koloniyalarından bu günə qədər gəlib çıxan sujetdə sözügedən evin sakinləri ilə yanaşı oranı ziyarət edənlərin, qaçaqların, sevgililərin, böcəklərin – hamının əhvalatı iç-içədir. Romanda məktublar, şeirlər, gündəliklər, yol qeydləri əsas təhkiyəni müşayət edir.

Selva Almada (Argentina) – “Bir çay deyil bu”

Roman iki nəfər kişinin rəhmətə getmiş dostlarının oğlunu balıq tutmaq üçün illər əvvəl öz atalarının boğulub öldüyü yerə – Parana çayına aparmasından bəhs edir. Həmin məkanda yerlilərlə bura balıq tutmağa gələnlər arasında gərginlik baş verir. Çünki bura sadəcə çay deyil...

Pol Linç (İrlandiya) – “Peyğəmbərin nəğməsi”

Müəllif bu əsəri Suriyadakı vətəndaş müharibəsini, köç dalğasını və Qərb dünyasının buna laqeydliyini göstərmək üçün yazdığını deyib. Dublində yaşayan sindikat lideri Larri ölkədəki fövqəladə vəziyyət əsas gətirilərək həbs olunur. Həyatı yoldaşı molekulyar bioloq Eyliş bir yandan xəbər-ətər çıxmayan ərinin izinə düşməli, bir yandan isə dörd uşağına baxmalıdır... Müəllif bu çətin ictimai-siyasi mövzunun altından, publisistikaya yuvarlanmadan, ustalıqla çıxıb.

Maykl Krammi (Kanada) – “Rəqib”

Gözdən-könüldən uzaq bir limanda təxribat baş verir, bundan sonra rəqib ticarət şirkətləri arasındakı nifaq güclənir. Bu qisas yarışında cəmiyyət bölünür, hamı tərəf tutmağa məcbur edilir. Tənqidçilər romanı sevginin gücü və məhdudiyyəti, korrupsiyanın ifşası haqqında güclü əsər hesab edirlər.

Gerda Blis (Holland) – “Biz işığıq”

“Səs və Sevgi Cəmiyyəti”nin lideri Melodiya öz tərəfdarlarına, müridlərinə deyir ki, bizə yemək lazım deyil, işıq və sevgi bəsimizdir. Ancaq Melodiyanın bacısı buna görə gözlərinin qabağındaca acından ölür. Qanun Melodiyanı cəzalandırmalıdır, yoxsa sənə inananlar könüllü şəkildə ölümü seçirlərsə, hər şeyə icazə var ?

# 1517 dəfə oxunub

Oxşar xəbərlər

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur  ədəbi cərəyanlar

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur ədəbi cərəyanlar

12:00 18 yanvar 2026
"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

15:30 17 yanvar 2026
Səddam Laçının kitabının IV nəşri  çap olundu

Səddam Laçının kitabının IV nəşri çap olundu

13:50 17 yanvar 2026
İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

13:20 17 yanvar 2026
Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

12:40 17 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər